Xanımlar, ehtiyatlı olun! Bu geyimlər xəstəlik mənbəyidir

Xanımlar, ehtiyatlı olun! Bu geyimlər xəstəlik mənbəyidir
Mövsüm dəyişərkən yeni aldıqları burnu açıq ayaqqabılardan tutmuş sırğalara qədər göstərmək bir çoxun xanım üçün ən böyük zövqdür. Amma hətta manikenlərin də dəb sevgisi ucbatından qarşılaşdıqları bir çox problemlər var. Çünki dəb çox zaman insan sağlamlığına baha başa gəlir. Ailem.az bədənə ziyanı olan dəbli geyimlərlə xanımları tanış edir.

Cins şalvarlar

Göbəyi içəri çəkib bədəni sıxaraq cins şalvarların içinə girməyə çalışan xanımlar çoxdur. Bu cür dar cinslər ayaqların, göbəyin quruluşunun pozulmasına səbəb olur. Üstəlik, əzələlərin getdikcə şişməsinə və qanamasına səbəb ola bilər.

Xanımlar, ehtiyatlı olun! Bu geyimlər xəstəlik mənbəyidir

Alt paltarları


Hər qadının ən az bir dənə seksual alt paltarı var. Ancaq xüsusilə bikinilər sidik yolu infeksiyasına yol açır. Şalvarlar və yay paltarları üçün uyğun olan bikiniləri tez-tez geyinmək hemoroidin yaranmasına səbəb ola bilir.

Xanımlar, ehtiyatlı olun! Bu geyimlər xəstəlik mənbəyidir

Hündürdaban ayaqqabılar


Hündürdaban ayaqqabılar bədəni düz, boyu uzun göstərir. Hər qadına yaraşır. Ancaq bu gözəllik sizə sağlamlığınız bahasına başa gələ bilər. Əgər uzun müddət bu cür ayaqqabı geyinsəniz, kürəyiniz, ayaqlarınız və orqanlarınıza ağrı verərsiniz.

Xanımlar, ehtiyatlı olun! Bu geyimlər xəstəlik mənbəyidir

Uzun burun ayaqqabılar

Uzun burun ayaqqabılar barmaq uclarına təzyiq edərək ayaqlarınızın şişməsinə səbəb ola bilir.

Xanımlar, ehtiyatlı olun! Bu geyimlər xəstəlik mənbəyidir

Aksessuarlar


Dəbdəbəli aksessuarlar qadınların sevimli və vazkeçilməz əşyalarıdır. Amma uzun müddət ağır sırğalar, boyunbağılar və qolbaqlar taxsanız, bu, bədəninizdə ağrıya səbəb olar. Məsələn, çox ağır boyunbağının onurğanı zədələmə yehtimalı yüksəkdir.

Xanımlar, ehtiyatlı olun! Bu geyimlər xəstəlik mənbəyidir

Korsetlər

Düzdür, korsetlər bədənə forma verir. Lakin bütün orqanları, bədəni sıxması bir çox xəstəliyə səbəb olar. Mədənin fəaliyyəinin pozulması, reflüks və sinir zədələnməsi bu xəstələrdən yalnız bir neçəsidir.

Xanımlar, ehtiyatlı olun! Bu geyimlər xəstəlik mənbəyidir

Dar ətəklər

Dar ətəklər nə qədər qəşəng görünsə də, onların da sağlamlığa mənfi təsiri çoxdur. Dar ətəklər dar büsthalterlər kimi nəfəs problemlərinə gətirib çıxarır.
Əvvəlki Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.