Orqanizmi təmizləyən və arıqladan UNİKAL QARIŞIM

25 Mayıs 2017
1 986
0
Orqanizmi təmizləyən və arıqladan UNİKAL QARIŞIM
İnsan orqanizmi bütün mövcudluğu dövründə ətraf mühitin təsirinə məruz qalır və bu təsirlər nəticəsində orqanizmə toksinlər, şlaklar və zərərli maddələr yığılır.
Həmçinin düzgün qidalanmadıqda da orqanizm ona lazım olmayan maddələrlə yüklənir və son nəticədə orqanların fəaliyyətində problemlər yaranır. Buna görə də orqanizmin vaxtaşırı təmizlənməsi sağlamlıq üçün profilaktik tədbir kimi olduqca vacib şərtlərdən biridir.

Xalq təbabətində orqanizmin təmizlənməsinin bir çox üsulları var. Onlardan biri qatıq və qarabaşaqdan istifadə etməklə həyata keçirilir.

Bir xörək qaşığı qarabaşaq yarması un halına düşənə qədər üyüdülür, yağlılıq dərəcəsi az olan 1 stəkan qatığa əlavə olunaraq qarışdırılır. Bu qarışımı axşamlar hazırlamaq və bütün gecəni soyuducuda saxlamaq lazımdır. Səhərlər acqarına yeməkdən 30 dəqiqə əvvəl qəbul edilir. Qəbul etməzdən əvvəl qarışım bir qədər isidilməlidir.

Kursun müddəti 14 gündür. Daha effektli nəticə əldə etmək üçün bir ay fasilə verdikdən sonra kursu təkrar etmək tövsiyə edilir.

Qatıq və qarabaşaq unu qarışımı orqanizmə necə təsir edir?


1. Bağırsaq və damarlar zərərli maddələrdən təmizlənir
2. Maddələr mübadiləsi ilə bağlı problemlər aradan qalxır
3. Mədəaltı vəzin fəaliyyəti yaxşılaşır
4. Qanda şəkərin miqdarı normallaşır
5. Qaraciyərin fəaliyyətinə müsbət təsir göstərir
6. Piylənməyə qarşı mübarizə aparır
7. Orqanizmin vaxtsız qocalma prosesini ləngidir

Bu, artıq çəkidən qurtulmaq, arıqlamaq istəyənlər üçün unikal bir vasitədir.

Göründüyü kimi, qatıq və qarabaşaq unu qarışımını hazırlamaq və tətbiq etmək çox asan, sadə, hər kəs üçün əlçatandır. Ən başlıcası isə onun heç bir əks göstəricisi yoxdur. Sadəcə ildə bir neçə kurs qəbul edib orqanizmin üzləşəcəyi problemlərin qarşısını vaxtında almaq lazımdır.
modern.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.