Cinsiyyət orqanının qaşınması bu xəstəliyin əlamətidir - FOTOLAR

07 Mayıs 2022
4 211
0
Cinsiyyət orqanının qaşınması bu xəstəliyin əlamətidir - FOTOLAR
Orqanizmdə hər hansı xəstəlik üzə çıxmazdan əvvəl müxtəlif siqnallar göndərir. Təəssüf ki, çoxumuz bu simptomlara fikir vermirik.

Feat.Az
-ın sağlamlıq bölməsi bu gün oxucuları xərçəng xəstələrinin 90 faizinin görməzdən gəldiyi 7 erkən əlaməti ilə tanış edib.

Dəridə toxuma böyüməsi

Cinsiyyət orqanının qaşınması bu xəstəliyin əlamətidir - FOTOLAR

Neoplazma adı verilən bu kütlələr adətən dəri və ya döş xərçənginin ilkin təzahürüdür. Həmçinin döş və ya qoltuq altında toxuma kütləsi, yemək və ya kosmetik allergiyası ilə əlaqədar olmayan qızartı, neoplazmanın (neoplazma - bir orqanizmin və ya bir orqanın struktur elementlərindən birini təşkil edən hüceyrələr) ortasında sulu yara, doğuş ləkəsinin böyüməsi və ya formanın dəyişməsi kimi simptomlardan hər hansı birini müşahidə edən kimi həkimlə məsləhətləşin.

Keçməyən öskürək



Uzunmüddətli öskürək ağciyər xərçənginin ilk əlamətlərindən biridir. Ağciyər xərçənginin digər əlamətlərinə iştaha itkisi, çəki itirmək, öskürərkən qan gəlməsi və təngənəfəslik daxildir.

Dəridə qaşıntı


Dərinin qabıq verməsi hər zaman şişlərlə əlaqədar deyil. Ancaq kliniki təcrübələr göstərir ki, dərinin qabıq verməsi bəzi hallarda xərçəng əlamətidir. Uşaqlıqdakı şişlər genital qaşıntıya səbəb ola bilər. Beyin xərçəngi isə burun deşiklərində qaşınmaya səbəb olur.

Bağırsaq funksiyasının pozulması



Bağırsaq xərçənginin əlamətləri isə bunlardır: qanlı ifrazat və iltihablı ifrazat, nəcisin qəfildən öz-özünə xaric olması.

Sidik və nəcisin eyni anda xaric olması



Bu vəziyyət böyrək xərçənginin əlaməti ola bilər. Digər simptomlar arasında qanlı sidik, hipertoniya, böyrək ağrısı və xroniki yorğunluq yer alır.

Birdən-birə həddən artıq arıqlamaq



Mədə xərçənginin ilk əlamətlərindən biri qəfil çəki itkisidir. Həmçinin ətdən iyrənmək, tez doyma hissi, qan azlığı, bağırsaq problemləri kimi dəyişikliklər də mədə xərçənginin ilkin əlamətləri sayılır.

Daimi boğaz ağrısı



Uzun müddət boğaz ağrısı boğaz xərçəngi əlaməti ola bilər. Bununla yanaşı, nəfəs almada və udmaqda çətinlik, səsdə boğuqluq, qanlı öskürək və ağız qoxusu kimi əlamətlər sözügedən xəstəliyin əlamətlərinə daxildir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.