Sən demə, artıq çəki bununla bağlı imiş - İNANILMAZ SƏBƏB

27 Mayıs 2017
1 564
0
Sən demə, artıq çəki bununla bağlı imiş - İNANILMAZ SƏBƏB
Artıq çəkiylə mübarizədə pəhriz saxlamağa gərək qalmayacaq. Çünki artıq çəkinin səbəbi evdəki səliqəzilik ola bilər.

Feat.Az xəbər verir ki, Avstraliya və ABŞ alimlərinin fikrincə, evlərində natəmizlik, səliqəsizlik olan insanların zərərli qidalara meyli daha artıq olur. Çox vaxt qabları yumağın dərdindən hazır qidalara üstünlük verirlər. Evdə natəmizlik baş alıb gedəndə ya kənarda belə qidalara üstünlük verirlər, ya da səliqəsiz evdə hərəkət etmək istəmirlər.

Alimlər bunun üçün eksperment aparıblar. Bir təmiz və bir səliqəsiz otağa insanları yerləşdiriblər. Çirkli evdə oturanlar daha çox şirniyyata yönəliblər.

Alimlər düşünürlər ki, ev insanın rahatlaşdığı, qorunduğu, zövq aldığı bir yerdir, orada olan səliqəsizlik insanda öz evinə qarşı soyuqluq yaradır. Neqativ hisslər üstünlük təşkil etdiyində isə insan şirniyyat yeməyə meyilli olur.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.