Qadın kimdir?

28 Mayıs 2017
2 647
0
Qadın kimdir?
Böyük diktator Fironun qarşısında cəsarətlə ayaq üstə duran ilk kəs kişi deyil, qadın olmuşdur. O, Asiyə xanım idi.

Məkkə və Kəbə evini abad edən ilk kəs kişi deyil, bir qadın idi. O, Hacər xanım idi.

Yer üzündə ən bərəkətli suyun - Zəmzəmin dadına baxan ilk kəs kişi deyil, qadın idi. O, Hacər idi.

Məhəmməd Peyğəmbərə ilk iman gətirən kişi deyil, qadın olmuşdur. O, Xədicə xanım idi.

İslam üçün qanını axıdan və şəhid olan ilk kəs kişi deyil, qadın olmuşdur. O, Süməyyə xanım idi. Əmmar Yasirin anası.

İslam yolundan mal-mülkünü fəda edən ilk kəs kişi deyil, qadın olmuşdur. O, Xədicə xanım idi.

Birinci kəs ki, Allah onun sözlərini eşitdiyini Quranda buyurmuşdur – kişi deyil, qadın olmuşdur. (Mücadilə surəsi, 1)

Səfa və Mərvə arasında səy edən (həccin əməllərindən biridir) ilk şəxs kişi deyil, qadın olmuşdur. O, Hacər xanım idi. İndi milyonlarla hacı həmin qadının etdiyi hərəkəti yerinə yetirməlidirlər. Əks təqdirdə, həcləri batildir.

Biz bu siyahını uzada bilərik. Lakin bununla kifayətlənirik. Demək istəyirik ki, qadın bir iftixardır. Əgər öz qədrini bilsə...
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.