Səhər yeməyində fərqli dad: kərə yağlı yumurta
Ərzaqlar:
2 ədəd yumurta
1/2 yemək qaşığı kərə yağı
1/2 çay qaşığı qırmızı toz bibər
1 çay qaşığı qırmızı pulbibər
1 çay qaşığı quru nanə
Duz
Hazırlanması:
Yumurtaları yuyub, kiçik dərin qazanda 7-10 dəqiqə qaynadın. Qaynatdığınız yumurtaların qabıqlarını soyduqdan sonra uzununa iki yerə bölün.
Daha sonra kiçik bir tavaya yağ töküb əridin. Üzərinə qırmızı toz bibəri əlavə edib, qarışdırın. Yumurtaların içi alta düşəcək şəkildə tavaya qoyun. Üzərinə duz, nanə və qırmızı pulbibər səpin. 2-3 dəqiqə vam odda bişirin.
Nuş olsun!