Ətir vurmaq və gül iyləmək orucu batil edirmi?

07 Haziran 2017
2 276
0
Ətir vurmaq və gül iyləmək orucu batil edirmi?
Orucluq zamanı gülləri və başqa ətirli bitkiləri iyləmək orucu pozmaz, amma məkruhdur (bəyənilmir). Ətirə gəlincə, ətir vurmaq dinimizdə bəyənilən əməllərdən sayılır. Müqəddəslərimiz tez-tez ətir vurmuşlar.

Feat.Az
islam.az-a istinadən bildirir ki, xüsusilə, namazdan əvvəl, məscidə gedərkən, müsəlmanlarla görüşməzdən qabaq ətir vurmaq bəyənilir. Orucluq zamanı da ətir vurmaq günah deyil və orucu pozmaz. Amma diqqətli olmaz lazımdır ki, ətirin zərrəcikləri boğaza keçməsin. Bəzən diqqətsizlik üzündən ətiri fısqırdında zərrəciklər ağızdan və ya burun deşiklərindən keçib boğaza düşür. Bunun qarşısını almaq üçün ətir vurarkən ağzı və burnu qapatmaq məsləhətdir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.