Bu qan qrupu olan qadınlar HAMİLƏLİKlə problem yaşayır
Kişilərdən fərqli olaraq qadın orqanizmində cinsi hüceyrələr "istehsal olunmur". Qız dünyaya gələndə cinsi hüceyrələr onun yumurtalıqlarında artıq olur. Buna "ovarial rezerv" deyilir (ovum - latın dilində "yumurta" deməkdir). Daha sonra yeni cinsi hüceyrələr qadın orqanizmində əmələ gəlmir.
Yetkinlik yaşlara çatdıqda "yatılı" vəziyətdə olan cinsi hüceyrələrin inkişafı prosesi başlayır.
Hər menstrual dövr ərzində 1 və ya daha nadir hallarda bir neçə yumurta hüceyrəsi böyüyür, inkişaf edir və yumurtalıqdan çıxır (ovulyasiya).
1 qan qrupu olan qadınlarda digər qan qrupları ilə müqayisədə hamiləlik ehtimalı daha aşağı olsa da bu o demək deyil ki, bu qadınlar sonsuzdur. Sadəcə bu qadınlar öz reproduktiv sağlamlığına qarşı daha diqqətli olmalıdır.
saglamolun.az