Bürcünüzə Görə Necə Bir Dostsunuz?

16 Temmuz 2017
3 021
0
Bürcünüzə Görə Necə Bir Dostsunuz?

Bizə bir çox istiqamətdən təsir edən ulduzlar, eşq və ictimai həyatımızın yanında yoldaşlıq əlaqələrimizə də təsir edir. Bürclərə görə necə bir yoldaş olduğunuzu bilmək istəyirsiniz? Bu da Feat.Az-ın təqdim etdiyi cavabı...


QOÇ
Sürətli yoldaş əldə etmə mövzusunda üstünüzə yoxdur. Ancaq söz mövzusu dost əldə etmək olduqda müxtəlif meyarlarınız və imtahanlarınız var. Əgər bu imtahandan keçə bilsələr onları ailənizdən biri kimi görməyə hazırsınız. Ayrıca sizin üzərinizdə nəzarət qurmağa çalışan yoldaşları həyatınızdan atmaqdan heç çəkinmirsiniz.

BUĞA
Etibarlı və sadiq bir dostsunuz. Yoldaşlarınızı çox sahiblənir və onlar üzərində nüfuz qurmağa çalışa bilirsiniz. Xəyal qurmaq sizə görə olmadığı üçün gerçəkləri sərt bir şəkildə dilə gətirdiyiniz zaman yoldaşlarınızın qırılmasına səbəb ola bilirsiniz.

ƏKİZLƏR
İnsanlarla ünsiyyətinizin yaxşı olmasına baxmayaraq gerçək yoldaş olaraq gördüyünüz kəslər bir əlin beş barmağını keçmir. Hər kəslə gəzib əylənməyi sevir amma gerçək dostlarınızın yerini də ayrı tutursunuz.

XƏRÇƏNG
Çoxsaylı dost qruplarından çox xoşlanırsınız amma problemlərini açıqca izah edən biri deyilsiniz. Qarşınızdakı adama çətin güvənirsiniz. Eyni zamanda comərd və yoldaşlarla planlaşdırılan tədbirlərdən zövq alan bir yoldaşsınız.

ŞİR
Yoldaşlarınız sizi sərt olaraq bilir amma sizin daxiliniz sevgi və şəfqət doludur. Sizi sahiblənən kəslərlə yoldaşlıq qurmağa diqqət edirsiniz. Təzyiqçi şəxsiyyətinizə görə yoldaşlarınız onlara əmr etdiyinizi düşünə bilər.

QIZ
Yaxınlaşılması asan? mehriban insanlarsınız. Çox yoldaşınız olduğunu söyləyə bilərik. Yoldaşlarınız sizə məsləhətləşmədən bir şey etmək istəməyə bilər.

TƏRƏZİ
İnsanlara qarşı bəzən soyuq ola bilirsiniz, amma o dostlarınıza qarşı hördüyünüz maneələri keçən biri üçün də edə bilməyəcəyiniz bir şey yoxdur. Çox asan güvənirsiniz, ancaq yoldaşlarınızı həddindən artıq sahiblənmək səbəbiylə zaman zaman problemlər yaşaya bilirsiniz.

ƏQRƏB
Kənardan soyuq və içinə qapalı biri kimi görünə bilərsiniz, amma qarşılıqlı olaraq yaxın hiss etdiyiniz dostlarınız üçün edə bilməyəcəyiniz heç bir şey yoxdur. Sizin sərhəd tanımayan əyləncə anlayışınız onları sizə bağlayır.

OXATAN
Kənardan vecsiz biri olaraq görünə bilərsiniz amma gerçək dostlar sizin elə olmadığınızı bilir. Yoldaşlarınız sizə ən çox yaxşı bir dinləyici olduğunuzu söyləyir.

OĞLAQ
Sizi sıxan yoldaşlardan dərhal qaçırsınız. Onun xaricində sıxılana qədər çox mehriban və isti qanlı bir yoldaşdınız. Bu sizin ətrafınızda etibarsız kimi anlaşılmanıza səbəb olsa da, əslində bu şəkildə ilk əvvəl özünüzə əhəmiyyət verdiyinizi göstərirsiniz.

DOLÇA
Dostlarınızı dinləməkdən, problemlərinə həll çıxarmaqdan, təqib etməkdən tamamilə kef alırsınız! Bu da sizi ömür boyu etibarlı bir dost edir.

BALIQ
Romantik şəxsiyyətiniz yoldaşlıq əlaqələrinizə də zaman zaman təsir edir. Problemlərinizi dilə gətirmədən küsməyi seçirsiniz. Sizi tam olaraq anlaya bilən bir dost çevrəsi tapdığınızda isə, əhvalınız yüksək ikən nə qədər əyləncəli ola biləcəyinizin bir sərhədi yoxdur!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.