Bu xəstəliyə daha çox qadınlar arasında rast gəlinir

23 Temmuz 2017
1 426
0
Bu xəstəliyə daha çox qadınlar arasında rast gəlinir
Bir çoxlarına məlum olmayan menyer xəstəliyinə daha çox qadınlar arasında rast gəlmək mümkündür.

Feat.Az
AZƏRTAC-a istinadən bildirir ki, bunu həmin xəstəlik barədə Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının həkim-otorinolarinqoloqu, audioloq Aytən Quliyeva ATU-nun mətbuat xidmətinə müsahibəsində deyib.

A.Quliyeva bildirib ki, menyer xəstəliyi idiopatik, simptomatik, endolimfatik hidrops olaraq epizodik başgicəllənmə tutmaları, eşitmə zəifliyi, qulaqda küylə xarakterizə olunur. Xəstəlik əsasən qadınlarda daha tez-tez rast gəlinir. Menyer xəstəliyi klinik gedişinə görə üç qrupa bölünür. Bunlar klassik Menyer xəstəliyi, koxlear forma, vestibulyar formadır. Klassik Menyer xəstəliyində başgicəllənmə tutmaları, eşitmə zəifliyi, qulaqda küy ilə müşahidə olunduğu halda, koxlear formada qulaqda küy, eşitmə azlığı, vestibulyar formada isə başgicəllənmə tutmaları ilə özünü göstərir.

Xəstəliyinin diaqnostikasından danışan həkim, xəstənin şikayətlərinə görə, klinik mənzərəyə əsasən və bir sıra obyektiv müayinə metodları vasitəsilə xəstəliyi aşkar etmək mümkün olduğunu deyib. Bildirib ki, obyektiv müayinə metodu olaraq audiometriya, qliserol testi, elektrokoxleoqrafiya, elektronistaqmoqrafiya, VEMP, baş beynin MRT müayinəsi ilə aparılır.

Menyer xəstəliyinin müalicəsinə gəldikdə isə A.Quliyeva bunun medikamentoz olmaqla iki məqsədə yönəldiyini deyib. Bildirib ki, tutmalar zamanı təcili medikamentoz terapiya və tutmaların qarşını alınmasına görə terapiya aparılır. Dərman müalicəsinə tabe olmayan xəstələrdə isə bu, cərrahi müalicə metodları vasitəsilə yerinə yetirilə bilər.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.