Yalnız yemək üçün deyil, dəriyə də faydalıdır - İSTİFADƏ QAYDALARI

06 Ağustos 2017
1 906
0
Yalnız yemək üçün deyil, dəriyə də faydalıdır - İSTİFADƏ QAYDALARI
Çox insan xiyarın faydalarını bilmədən yeyir. Feat.Az əsasən yemək üçün istifadə etdiyiniz xiyarın dəri üçün 7 fərqli istifadə qaydasını təqdim edir. Bunların sayəsində xiyarın sadəcə yemək üçün lazım olmadığını anlayacaqsınız.

Dəri yanıqlarını müalicə edir


Xiyar günəş yanıqları üçün idealdır. Günəş yanığı olan bölgəyə xiyar dilimlərini qoyun və isinməyə başlayana kimi gözləyin.

Sellüliti yox edir


Bir xiyarın suyunu bir qaşıq balla qarışdırın və sellülit olan yerlərə sürtün. Dərini sıxlaşdıran və kollagen yaranmasına yardım edən bu qarışımı qırışlarınız üçün də istifadə edə bilərsiniz.

Tünd halqaları azaldır


Göz altındakı qaralmaların getməsinə yardım edən xiyar dilimlərini gözlərinizin üzərinə yerləşdirin və 10-20 dəqiqə gözləyin.

Dərini canlandırır


Limon suyu və xiyarı qarışdırıb maska olaraq dərinizə çəkin. Dərini işıldadacaq bu qarışım ləkələrə də yaxşı təsir edəcək.

Məsamələri kiçildir


Xiyar dəri toniki üçün ideal bir seçimdir. Gül suyu, bal, limon suyu ilə qarışdırın, ya da sadəcə xiyar suyunu dəri toniki olaraq istifadə edin. Bütün dərinizə çəkib 15 dəqiqə gözlədikdən sonra ilıq su ilə yuyun. Məsamələrin kiçildiyini görəcəksiniz.

Gözdəki şişkinliyi azaldır


Xiyarın tərkibindəki absorbik turşusu şişkinliyin aparılmasına yardımçı olur. İki dilim xiyarı gözlərin üzərinə qoyun, bir müddət saxlayın. Gözləriniz yorulanda da eynisini edə bilərsiniz.

Ləkələrin rəngini açır


Xiyarı rəndələyib bütün üzünüzə və boynunuza çəkin. Ləkə və çillərin rəngi açılacaq.
lent.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.