Soğan doğrayarkən “ağlamaq” istəmirsinizsə, BUNLARI BİLMƏLİSİNİZ

28 Ağustos 2017
1 417
0
Soğan doğrayarkən “ağlamaq” istəmirsinizsə, BUNLARI BİLMƏLİSİNİZ
Xanımların ən çox cavab axtardığı suallardan biri də budur: “Soğan doğrayanda necə edək ki, gözümüz göynəyib, yaşarmasın?”

Feat.Az
saytı hər gün xanımların mətbəxdə rastlaşdığı bu problemin həlli yollarını təqdim edir.

1. Soyduğunuz soğanları 20 dəqiqə soyuq suda saxlayın. Bu müddət ərzində acılıq hissi yaradan maddələr mayedə əriyib, yox olacaq.

2. Soyulmuş soğanları 15-20 dəqiqə ərzində soyuducuda saxlayaraq, istədiyiniz nəticəni əldə edə bilərsiniz.

3. Saqqız çeynəməyi sevirsinizsə, soğan doğrayanda gözlərinizdən yaş axmayacaq. Bunun üçün öncə saqqızı çeynəməyə başlayın, sonra isə ağzınızla nəfəs alaraq, soğanı doğrayın.

4. Ağzınıza su doldurub soğan doğrauyanda da ağlamayacaqsınız. Yorulduğunuzu hiss edəndə, prosesi təkrarlaya bilərsiniz.

Soğan doğrayarkən “ağlamaq” istəmirsinizsə, BUNLARI BİLMƏLİSİNİZ

5. Kükürd turşusu qıcıqlanmanın qarşısını alır. Soğan doğrayan zaman yanınızda yanan şam qoysanız, acılıq yaradan maddələr gözünüzə yol tapa bilməyəcəklər.

6. Soğanı doğramazdan öncə taxta lövhənin üzərinə duz səpin. Sonra işə başlayın. Gözləriniz yanmayacaq.

7. Faydalı üsullardan biri də, soğan doğrayan zaman, bıçağın iti hissəsini, tez-tez soyuq suya salmaqdır. Bu üsul da, çox vaxt yaxşı işləyir.

8. Dərin qazanın içərisinə soyuq su doldurub, taxta lövhəni üzərinə qoyun. Soğanı bu taxtanın üstündə doğrayın, Lakin bu zaman diqqətli və ehtiyatlı olmalısınız ki, təcrübəniz uğursuzluqla nəticələnməsin.

9. 1 dilim limonu həm taxta lövhənin səthinə, həm də bıçağın iti hissəsinə sürtün. Limon turşusu da, gözünüzü göynəməkdən qoruyacaq.
publika.az
Əvvəlki Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.