Sənsiz - Şeir

30 Eylül 2017
5 857
0
Sənsiz - Şeir
Deyirdin sevənlər əsla ayrılmaz
Ayrıldıq səninlə niyə, sevgilim?
Sevən sevdiyinin könlündən çıxmaz
Mən bunu bilmirdim, eh, hardan bilim...

Nə qədər etdimsə olmadı mümkün,
Eşqini könlümdən uzaqlaşdırmaq
Sənsiz yaşayıram həyatdan küskün
Nə yaman çətinmiş səni unutmaq...

Sənsizəm... ömrümün payız çağıdır,
Kaş ki bu ömrümə bahar gələydi.
Həsrətin bağrımı didib-dağıdır
Sevgin ürəyimdən kaş silinəydi...

Sənsiz bu dünyada qalmaq çətindir,
Elə bilmə həsrət bir əyləncədir
Məni yaşadan da məhəbbətindir,
Sənli xatirələr bil, işgəncədir.

Buludam... dumandan, çəndən ayrıldım...
Sənsiz dəyişmişəm, başqalaşmışam,
Elə ki əzizim,səndən ayrıldım,
Mən özüm özümdən uzaqlaşmışam...


Nusret Kesemenli
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.