Dırnağını yeyən insanlarla bağlı alimlərin ŞOK AÇIQLAMASI

07 Eylül 2017
1 849
0
Dırnağını yeyən insanlarla bağlı alimlərin ŞOK AÇIQLAMASI
İnsanlar düşünürlər ki, dırnaq yemək narahatçılıqdan irəli gəlir. Dırnağını və ya dırnaqətrafı əti dişləyib qoparan insan görəndə adətən onun gərgin olduğunu düşünürük. Əslində isə yanılırıq. Çünki alimlərin gəldiyi qənaət göstərib ki, bu insanları digər səbəb birləşdirir.

Feat.Az
publika.az-a istinadən xəbər verir ki, bəzi hallarda dırnaqlarını yeyənlər üçün böyük təhlükə var. Belə ki, açıq qalan yaralar tədricən mikrobla dolur, infeksiya mənbəyinə çevrilir. Hətta tarixdə bu qəribə vərdişin həyatını əlindən aldığı onlarla insan var.

Yer planetinin əhalisinin 20-30 %-i dırnaqlarını yeyir. Bunların əksəriyyəti qadınlardır.

Bu zəifliyə çox vaxt həyəcan səbəb olur. İnsan öz dünyasına qapanır, özünə güvəni get-gedə zəifləyir. Dırnaqlarını dişilə qoparıb tullayaraq sanki özünü sakitləşdirməyə çalışır. Alimlər iddia edirlər ki, bu vərdiş insanı sakitləşdirsə də, onun yaranma səbəbləri müxtəlifdir.

Məlum olub ki, bu xəstəlikdən daha çox perfeksionizmə, yəni mükəmməlliyə can atan insanlar əziyyət çəkirlər. İnsan həyatındakı uğursuzluqlardan, arzularını gerçəkləşdirə bilməməsindən təngə gəlir.
Perfeksionistlər adətən daimi irəliləyişi sevirlər. O, baş verməyəndə isə kədərlənib, dırnaq yeməkdə təsəlli axtarırlar.

Bunun qarşısını almağın tək yolu var. Əlinizdə olanlarla zövq almağa çalışaraq, həyatınızı yüngülləşdirin.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.