Soğan bitkisi niyə göz yaşardır?

12 Eylül 2017
989
0
Soğan bitkisi niyə göz yaşardır?
Elm adamları soğan doğrayarkən insanların gözlərinin yaşarmasına dair yeni faktlar aşkar edib.

Feat.Az
xəbər verir ki, ABŞ-ın Klivlend şəhərində yerləşən Case Western Reserve Universitetində aparılan araşdırmalar soğanın tərkibindəki fermentlərin mikrob və böcəklərə qarşı biokimyəvi mühafizə mexanizmini hərəkətə keçirdiyini ortaya çıxarıb.

Həmin fermentlər soğandakı sulfidləri parçalayaraq kükürd oksidlərinə çevirir. Kükürd oksid qısa müddətdə uçucu hal alır və havada sürətlə yayılır. İnsan gözünə təsir etdikdə isə yandırıcı bir asitə çevrilir. Bunun nəticəsində isə göz kanalları tıxanır.

Lakin elm adamlarının fikrincə, soğan doğrayarkən gözlərin yaşarmasına bu kimyəvi maddə birbaşa olaraq səbəb olmur. Kükürd qazının göz yaşı ilə diffuziyası nəticəsində kükürdlü asit əmələ gəlir. Yalnız bu qazın gözü təhrik etməsi nəticəsində gözdən yad maddələri təmizləmək üçün göz yaşı ifraz olunmağa başlanır. (publika.az)
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.