Yuxusuzluq axırımıza çıxır - Uğursuzluğun əsas səbəbi...

16 Eylül 2017
1 285
0
Yuxusuzluq axırımıza çıxır - Uğursuzluğun əsas səbəbi...
Saat neçədə yatırsınız?

Araşdırmalar müəyyən edib ki, fiziki və mənəvi problemlərin çoxu yuxusuzluqdan qaynaqlanır.

Feat.Az xəbər verir ki, həkimlər normal olaraq insanın saat 22.00-dan sonra yuxuda olmasını tövsiyə edir. İnsan orqanizmi elə qurulub ki, yuxu ona məhz saat gecə saat 22:00-00:00 arası daha çox fayda verir. Lakin hazırda heç körpə uşaqların belə saat 22:00-da yatdığını görmək mümkün deyil. Müasir insanlar adətən gecə 2-3-dən sonra yuxuya "ram olur". Bu isə olduqca mənfi və təhlükəli vəziyyətdir. Dincini almayan insan günlər sonra gəzən "ruh"a çevrilir.

Feat.Az medicina.az-a istinadən bildirir ki, bu isə həm orqanizmdə, həm də beyində psixoloji fəsadlara yol açır. Əgər insan hər gün gecə 2-də yatmağa çalışırsa, bu, onun demək olar ki, heç yatmaması deməkdir.

Alimlər bildirir ki, insan beyni saat 22.00-1.00 arası saatlarda faydalı yuxu hormonları ifraz edir. 00:00-a kimi yatmağa cəhd etməyən insan ondan sonrakı saatlarda yatsa da, heç bir faydasını görməz. Çünki qiymətli vaxt artıq əldən çıxıb.

Hazırda insanlar telefon, internet, whatsapp-ı yuxudan vacib bilir. Yuxusuzluq və gec yatmağın mənfi fəsadlarını isə biz və ətrafımız görür:

-Yorğunluq
-Tez qocalma
-Başda ağrılar
-Əzələ zəifliyi
-Depressiya
-Əsəb, qıcıq
-Yaddaşın zəifləməsi
-İş qabiliyyətinin aşağı düşməsi
-Uğursuzluq
-İmmunitetin düşməsi
-Depressiya, süstlük

Deyəcəksiniz ki, bunların hamısı məndə var. O zaman vaxtında yatmağa adət edin. Hər gün heç olmasa saat 23:00-da yatağınıza girin. Xeyrini bir neçə ay sonra görəcəksiniz. Vaxtında yatmayan adamın nə sağlamlığı olar, nə də uğuru.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.