7 günlük şokolad pəhrizi

7 günlük şokolad pəhrizi
Şokoladdan imtina etməyənlər və kilo vermək istəyənlər üçün çox əla bir təklifimiz var. Bu pəhrizi saxlamağa qərar vermisinizsə hər səhər oyanan kimi 2 stəkan otaq istiliyində su, hər axşam yatmamışdan əvvəl 1 stəkan su amma 1 ç.q. alma sirkəsi ilə qarışıq – bunu içməyi unutmayın.

Gələk dietimizə.

Birinci gün


Səhər yeməyi

1 dilim pendir, pomidor, xiyar, iki dilim buğda və ya çovdar çörəyi. İstəsəniz tost və ya sendviç də yeyə bilərsiniz.

Ara yemək

Bitki çayı. Darçın çubuğu ilə dad qata bilərsiniz.

Günorta yeməyi

Qatıqlı kabak, 2 kasa şorba – 4-5 ədəd cəfəri, 1 ədəd kabak, 1 ədəd kök, 2-3 yarpaq ispanaq, 1 ovuc brokoli, 1 ədəd soğan, 2 ç.q. zeytun yağı, istiot, 2 litr su. Hamsını yuyun, doğrayın, 5-10 dəqiqə bişirib blenderdən keçirib bir buğum qaynadıb yeyin.

Ara yemək

Fındıqlı şokoladlı qurabiyə - 1 ədəd

Axşam yeməyi

10 x.q. ətli quru paxlakimilərdən olan yemək. Suyunu süzüb yeyin. 1 kasa qaymaqsız qatıq.

Ara yemək

Bitki çayı. Darçın çubuğu ilə dadlandırın.

İkinci gün

Səhər yeməyi

2 yumurta ağı, 3-4 yemək qaşığı pendirli omlet, istəyə görə pul bibər, cəfəri, keşniş də əlavə edə bilərsiniz. Pomidor, xiyar. Bir dilim buğda və ya çovdar çörəyi.

Ara yemək

200 ml sadə yoqurt

Günorta yeməyi

10 x.q. qaynadılmış mərci ilə hazırlanmış salat. Üzərinə 1 ç.q. zeytun yağı, limon, sirkə əlavə edə bilərsiniz.

Ara yeməyi

4 ədəd şokolad+yaşıl çay

Axşam yeməyi

4 ədəd kotlet, 120 qram lobya salatı.

Üçüncü gün


Səhər yeməyi

200 ml sadə yoqurt, 5 ədəd qara qarağat, 2 x.q. yulaf əzməsi

Ara yemək

1 dilim pendir, 1 dilim qara çörək, 3 ədəd axşamdan suda saxlanılmış zeytun.

Günorta yeməyi

200 qram qızartma balıq, 1 ç.q. zeytun yağı, 1 dilim qara çörək, közlənmiş badımcan salatı.

Ara yemək

1 dilim şokoladlı keks

Axşam yeməyi

12 x.q. zeytun yağında bişmiş dolma. Bir kasa qaymaqsız qatıq.

Dördüncü gün


Səhər yeməyi

1 porsiya şokoladlı pancake (blinçik və ya oladi)+1/2 porsiya meyvə

Ara yemək

Bitki çayı. Darçın çubuğu ilə dadlandırın.

Günorta yeməyi

1 ədəd qaynadılmış yumurta+1 ç.q.bitki yağı ilə hazırlanmış pomidor çığırtması. Bir dilim qara çörək.

Ara yemək

1 kasa süzmə qatıq+nanə+pul bibər. Bir az da içinə 3 dənə qozu xırdalayıb ata və ya sadəcə onunla bərabər yeyə bilərsiniz.

Axşam yeməyi

3 ədəd orta boylu dolma – qiymə, yaşıl mərci, bulqur ilə hazırlanmalıdır. Pərtəpöyütlü qatıq.

Beşinci gün


Səhər yeməyi

2 dilim pendir, pomidor, xiyar, 2 ədəd quru qaysı, 1 dilim qara çörək.

Ara yemək

1 fincan isti şokolad

Günorta yeməyi

Qırmızı ət – öz yağında bişsin. Fərqi yoxdur hansı formada - qızartma, sobada və qaynadılmış ( 180 qram), dənli bitkilərdən salat.

Ara yemək

2 ç.q. labne pendir, duzsuz xiyar, limonli cəfəri.

Axşam yeməyi

10 x.q. qiyməli və ya ətli tərəvəzli yemək. 1 kasa qaymaqsız qatıq.

Altıncı gün

Səhər yeməyi

Pomidor çığırtması, 1 dilim qara çörək.

Ara yemək

Bitki çayı. Darçın çubuğu ilə dadlandırın.

Günorta yeməyi

Qızardılmış balıq – 200 Qram

Salat

1 dilim qızardılmış qara çörək.

Ara yemək

1 porsiya bananlı kakaolu çörək.

Axşam yeməyi

1 kasa qovrulmuş mərci şorbası ( 6-7 x.q.), pendirli salat, limon, zeytun yağı və sirkə əlavəli.

Ara yemək

Bitki çayı. Darçın çubuğu ilə dadlandırın.

Yeddinci gün


Səhər yeməyi

1 dilim ağ pendir, 5 ədəd axşamdan suda saxlanmış zeytun, pomidor, xiyar, ½ yulaflı simit.

Ara yemək

Bitki çayı. Darçın çubuğu ilə dadlandırın.

Günorta yeməyi

Balıq qızardılmışı – 200 qr

Salat

2 x.q. bulqur pilovu

Ara yemək

3 top şokoladlı dondurma

Axşam yeməyi

1 kasa qovrulmuş mərci şorbası, közlənmiş bibəri qatıqla qarışdırın, üzərinə də 1 ç.q. motal pendiri əlavə edin.

Ara yemək

1 ədəd alma, portağal, kivi – fərq etməz hansı meyvə.1 kasa qaymaqsız qatıq, darçınlı olsun.
foxy.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.