Görməni yoxlamaq üçün bu SADƏ TESTdən keçin

06 Nisan 2022
4 189
0
Görməni yoxlamaq üçün bu SADƏ TESTdən keçin
Göz almasının daxilində yerləşən tor qişası görmə mexanizmini təmin edən əsas hissələrdən biridir.

Bu səbəbdən tor qişasının patologiyaları görmənin pozulmasına və korluğa səbəb ola bilər. Təəssüf ki, ilkin mərhələlərdə tor qişasında gedən patoloji proseslər insan tərəfindən hiss olunmaya bilər.

Ev şəraitində tor qişasının sağlamlığını yoxlamaq üçün çox sadə və eyni zamanda informativ Amsler testi mövcuddur.

Testdən keçmək üçün şəbəkəni gözlərinizdən 20 sm məsafədə yerləşdirin. (Eynək və ya kontakt linzalardan istifadə edirsinizsə, onları taxın.).

Görməni yoxlamaq üçün bu SADƏ TESTdən keçin

Sol gözünüzü ovucla bağlayın, sağ gözünüzlə şəbəkənin ortasında olan nöqtəyə 5-10 saniyə ərzində baxın.

Bütün xətlər düzdürmü?

Bütün kvadratlar eyni ölçüdədirmi?

Şəkil əyilmir, təhrif olunmurmu?

Şəkil aydın görünürmü? Bulanıq, rəngsiz hissələr yoxdurmu?

Daha sonra testin köməyi ilə digər gözünüzü də yoxlayın.

Testin nəticələri


Test zamanı şəbəkə hər iki gözlə aydın görünməlidir - əyri xətlər, ləkələr və s. olmamalıdır. Əks halda bu tor qişada gedən patoloji dəyişikliklərdən xəbər verir.



Testin mənfi nəticələri

Bu testdən xüsusilə orta və ağır miopiyadan (yaxınıgörmə), şəkərli diabetdən, hipertoniyadan əziyyət çəkənlər tez-tez keçməlidir ki, bu qrup insanlarda tor qişası patologiyalarının riski daha çoxdur.
saglamolun.az
Əvvəlki Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.