Şəhadət barmaqlarınızı birləşdirin və... SAĞLAMLIQ TESTİ,sayılır, damar, Şamrot, xəstəlikləri, yoxdursa, Məsələ, burasındadır, zamanı, əlamə

Şəhadət barmaqlarınızı birləşdirin və... SAĞLAMLIQ TESTİ

21 September 2017
1 077
0
Şəhadət barmaqlarınızı birləşdirin və... SAĞLAMLIQ TESTİ
Bəzi çox sadə testlər ciddi xəstəlikləri aşkar etməyə kömək edir.

Belə testlərdən biri Şamrot testidir. Bu testi özünüz ev şəraitində edə bilərsiniz.

Testi etmək üçün şəhadət barmaqlarınızı şəkildə göstərildiyi kimi birləşdirin. Dırnaqlar arasında rombşəkilli açıq yer qalmalıdır. Onu "Şamrot pencərəsi" də adlandırırlar. Əgər "pencərə" varsa, bu normaldır.

Pencərə yoxdursa, bu bəzi ürək-damar sistemi (xüsusən endokardit) və ağciyər xəstəliklərinin əlaməti sayılır.

Şəhadət barmaqlarınızı birləşdirin və... SAĞLAMLIQ TESTİ

Məsələ burasındadır ki, ürək-damar xəstəlikləri zamanı dırnaqlar qabarıq olur (saat şüşəsinə bənzəyir), barmaqların ucları yoğunlaşır. Tibdə buna "baraban çubuqları simptomu" deyilir. Bu çox dəqiq simptom sayılır.
Xəbərlərdən daha tez xəbərdar olmaq üçün Facebook Səhifəmizi izləyə bilərsiz.
Şərh Yaz