Limonu doğrayıb yataq otağına qoyun – FAYDALI MƏSLƏHƏT
Feat.Az modern.az-a istinadən mövzu ilə bağlı çox sadə bir üsulu təqdim edir.
Əgər yataq otağınızın pəncərəsini, yaxud nəfəsliyini açmadan təmiz hava ilə təmin etmək istəyirsinizsə, limon sizin köməyinizə çatacaq. Belə ki, yatmazdan əvvəl limonu dörd yerə bölüb boşqabda çarpayınızın yanına qoyun.
Doğranmış limon yataq otağının havasını təmizləyərək dəyişəcək, nəfəs almanıza müsbət təsir göstərəcək və sizə rahat yuxu bəxş edəcək.
Digər bir tərəfdən isə limonun ətri gün ərzində “qazandığınız” stressdən və gərginlikdən sizi xilas edəcək.
Nəzərə almaq lazımdır ki, doğranılmış limon yataq otağına yatmazdan yarım saat əvvəl qoyulmalıdır.