Stress, xərçəng və qocalıqdan qoruyan HORMON: İfrazını necə artırmaq olar?

20 Ekim 2017
1 070
0
Stress, xərçəng və qocalıqdan qoruyan HORMON: İfrazını necə artırmaq olar?
Əsasən epifiz (beyində yerləşən vəz) tərəfindən hazırlanan melatonin hormonu ən güclü antioksidantlardan biridir.

Bu hormon streslə mübarizə etməyə kömək edir, orqanizmdə qocalma proseslərini ləngidir, arterial təzyiqi tənzimləyir, bir çox xroniki xəstəliklərin və hətta xərçəng xəstəliklərinin inkişafının qarşısını alır.

Melatonin yuxu zamanı ifraz olunur. Hormonun sintezi işıqlandırma səviyyəsindən asılıdır. İşiq onun ifrazını azaldır, qaranlıq isə əksinə artırır. Bu səbəbdən alimlər insanlara tam qaranlıqda yatmağı tövsiyə edirlər.

Siçanlar üzərində aparılmış eksperimentlər göstərib ki, melatonin çatışmazlığı zamanı heyvanlarda qocalma prosesləri sürətlənir, insulinə qarşı həssaslıq azalır (bu, şəkərli diabet riskini artırır), piylənmə və bədxassəli şişlər inkişaf edirdi. Bundan əlavə, dişi heyvanlarda menopauza daha tez başlayırdı.

Melatoninin ifrazı azaldıqda bu kimi simptomlar meydana çıxır:

- yuxusuzluq
- immun sisteminin zəifləməsi
- təzyiqin yüksəlməsi və ya əksinə, düşməsi
- əsəbilik, həyəcan
- depressiyanın inkişafı

Bu simptomlar sizi tez-tez narahat edirsə, həkimə müraciət edin. Bəzi hallarda həkim tərkibində melatonin olan preparatları təyin edə bilər. Lakin bu preparatların qəbulu bəzi xəstəliklər və pozulmalar zamanı qadağandır. Həmçinin, melatoninin qəbulu diqqəti azaldır ki, bu da bəzi peşə sahibləri üçün (sürücü, dispetçer və s.) yolverilməzdir.

Melatonin ifrazını təbii yolla artırmaq üçün mütəxəssislər qidalanmada meyvə-tərəvəzləri artırmağı, gün rejimini tənzimləməyi tövsiyə edirlər. Normal tam dəyərli gecə yuxusu melatonin ifrazının artırılması üçün əsas şərtdir. Bu zaman otaqda qaranlıq olmalıdır, gecə lampası, küçə işıqlandırılması melatonin ifrazını azaldır.
saglamolun.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.