Sıfırdan başlayan milyarderlərin həyatı

16 Kasım 2014
4 318
0
Sıfırdan başlayan milyarderlərin həyatı
Sıfırdan başlayan milyarderlərin həyatı

Siyahıda 400 milyarderin adı yer alıb. Onların bir çoxu sıfırdan başlayan insanlardır. Bu, tək Amerika arzusu deyil. Bir neçə xarici biznesmen də sürətli və gözlənilməz uğura imza ata bilib. Belə milyarderlərin təcrübəsi göstərir ki, istedad və bacarıq, inad və azacıq bəxt uğur qapısının açarıdır. Onların bir neçəsinin maraqlı həyat tarixçəsinə nəzər salaq.

WhatsApp-ın yaradıcısı Yan Kumun 37 yaşı var. O, 16 yaşında olarkən Ukraynadan ABŞ-a köçən ailəsi Kaliforniya ştatının Maunten-Vyu şəhərində əldə etdikləri kartoçka ilə alınan ərzaqla dolanırdı. 2009-cu ildə Kum və şəriki Brayan bütün dünyadakı insanları real zamanda birləşdirən ünsiyyət proqramını hazırlayır. Hazırda istifadəçilərinin sayı 600 milyona çatan WhatsApp bu il Facebook kompaniyası tərəfindən 19 milyard dollara satın alınıb.

On beş il bundan əvvəl Alibaba kompaniyasını quran Cek Ma Çinin Hançjou şəhərində anadan olub və kasıbçılıq içərisində böyüyüb. O, kollecə iki dəfə imtahan verdikdən sonra qəbul olunub. Kolleci bitirərək sonra ingilis dili müəllimi işləməyə başlayıb. Cek Ma interneti ilk dəfə 1995-ci ildə ABŞ-a səfər edərkən görüb. Bundan bir qədər sonra Çinin ilk veb-startapına çevrilən China Pages məlumat saytını təsis edib. 1999-cu ildə isə Alibaba şirkətini qurub. Hazırda bu internet dükanı nəinki Çində, hətta bütün dünyada ən populyar kompaniyaya çevrilib.

IKEA şirkətinin yaradıcısı İnqvar Kamprad 7 yaşı olanda qonşularına kibrit, qələm, bayram açıqcaları və yeni il bəzəkləri satardı. 17 yaşında IKEA şirkətini quran Kamprad 21 yaşında mebel satışına başlayır və beləcə IKEA imperiyası yaranır. Hazırda kompaniyanın 42 ölkədə 340-dan artıq dükanı fəaliyyət göstərir.

Pakistandan ABŞ-a gələn Şahid Xan burada saatı 1 dollar 20 sentə qab yuyur, eyni zamanda İllinoys ştatının universitetində təhsil alırdı. Bu gün isə dünyanın ən zəngin adamları sırasında yer alan Xan ABŞ-ın ən böyük özəl kompaniyalarından biri olan Flex-N-Gate şirkətinin sahibidir. Bundan başqa Jacksonville Jaguars və Fulham futbol klubları da ona məxsusdur.

Do Von Çanq və Cin Suk adlı ər-arvad Forever 21 brendinin yaradıcılarıdır. 1981-ci ildə Koreyadan ABŞ-a gələn Do Von dolanmaq üçün eyni vaxtda üç yerdə - otel qapıçısı, yanacaq doldurma məntəqəsində operator və kafedə ofisiant işləməyə məcbur olur. 1984-cü ildə onlar ilk dükanlarını açırlar. Hazırda beynəlxalq şəbəkəyə çevrilmiş və 480 mağazaya malik Forever 21-in illik gəliri 3 milyard dollara çatır.

Roman Abramoviç 1966-cı ildə Saratovda anadan olub. Bir yaşında anasını, dörd yaşında atasını itirib. Bundan sonra Moskvada dayısının himayəsində yaşayan Poman Komidə sənaye institutunu bitirir və Qərbi Sibirdə neft məhsullarının satışı ilə məşğul olmağa başlayır. Bu gün Abramoviç Rusiyanın ən varlı iş adamlarındandır. İri yaxtalara və şəxsi Boeing 767 təyyarəsinə malik biznesmen, eyni zamanda, İngiltərənin məşhur Chelsea futbol klubunun sahibidir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.