Ruslan Talıbdan gözəl bir şeir

29 Kasım 2014
6 238
0
Ruslan Talıbdan gözəl bir şeir
Ruslan Talıbdan gözəl bir şeir

Ehh...
Burdan gedirəm,gün o gün ola,
Nəyim var dünyadan süpürüb gedəm.
Sənə də,mənə də,duyğulara da,
Bu ağrılara da tüpürüb gedəm...

Həsrətin içimi yandıran kimi,
Yandırıb gedirəm profilimi.
Başlayır ömrümün özüm və səndən
Başqa,hər şey olan kinofilimi.

Söndü yollarımda yaşıl işıqlar,
Bu nöqtə yaşılın nə xeyri daha?
Bircə gün səadət nədir bilmədik,
Yaşımın,yaşının nə xeyri daha?

Çox oldu sözünə alışdıqlarım,
Tapmışam özümü axırda səndə.
Nə dərdim çəkindən ağır olmayıb,
Nə özüm artıqam ağılda səndən.

Özünə çıxacaq çoxu bu şeiri,
Məni gec də olsa qısqanmayasan.
Sevgiyə ac olub ruhum o qədər,
Hər xoş üz aldadıb qəlbimi asan...

Dəli sevgilərə alışmamışam,
Bacarsan sən məni həlim sevəsən.
Diriyəm sevmirsən əzizim,bəlkə,
Xoşbəxt bir gecədə ölüm,sevəsən?!

Daha boş qalacaq zaman tünelim,
Özüm bir tünelin qaranlığında...
Beləcə,İtərəm gözüm önündə,
Dərd cəngəlliyinin qalınlığında.

Gəl məni hər damcı göz yaşın ilə,
İtirib unuda-unuda ağla.
Ölmüş sevgisinə ağlayan gözəl,
Sahibsiz qəbir bil bunu da ağla.

Ehh...
Burdan gedirəm,gün o gün ola,
Nəyim var dünyadan süpürüb gedəm.
Sənə də,mənə də,duyğulara da,
Bu ağrılara da tüpürüb gedəm...
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.