Qaranlığıma xoş gəldin

29 Kasım 2014
3 089
0
Qaranlığıma xoş gəldin
Qaranlığıma xoş gəldin

İlklər unudulmurmuş, deyirlər
Unutmaqçün sevmədim mən deyənlər.
Onlar bir xatirədir bilirlər
Eşq xətrinə sevib-sevilən kəslər.
Kimi dəli sevər, nə etsə belə
Görməzdən gələrək gülümsəyərlər.
Sevilən bilməz ki, bəs niyə belə
Aldanıb aldatdım deyə sanarlar
"İlk baxışdan sevgi varmı?" deyənlər.
Sevdiyini hər dəfə sən görəndə
Hər dəfə sevərək baxmamısansa
Hər dəfə qəlbində çılğın dalğalar
Sahilə vuraraq coşmursa əgər
Demək sevməmisən, "Sevgi yox" demə
Hər gün yeni başdan "Sevdiyim yox" de...
O kəslər ki, sevgini məhv eyləyir,
O kəslər ki, bilmir qədrin, qiymətin.
Qaranlıq dünyamı, aylı gecəmi
Kirlətmədən getsinlər həyatımdan.
Anlayana qaranlığım, həyatım
Yanlız kimsə, qaranlığıma xoş gəldin!
Bir ömürdə bir ümidə xoş gəldin...
Mən məni mən eyləyən, səndə səni sevmişdim.
O şirin gülüşünü, baxışını sevmişdim.
Gecə ayı sevəntək qaranlığa büründüm,
Hər gün sanki səssizcə sənə doğru süründüm.
Çox incitdin qəlbimi, varmıydı haqqın buna?
Hər gün bir başqa öldüm, dəydimi mənsiz sona?
Nə etmişdim sənə mən? Alışmaq çətin gəldi?
Bir ürəkdə candan çox sevilmək ağır gəldi?
Dəydimi yaşatdığın bir o qədər əzaba?
Dəydimi gözdən düşən barı bircə cüt yaşa?
Hər nə etsən bil, inan, mütləq çıxar qarşına
O gün çox deyəcəksən "Nə etdim?", "Nə bu olan?",
Çıxdım, bax, həyatından məmnunmusan, halından?
Sükut çökdü qəlbimə, bir qaranlıq, vahimə,
Söylə, indi sən özün çarəmisən dərdimə?
Yox, əsla! Sən ki, artıq sevdiyim sən deyilsən!
Mən səni sevər ikən bir az da mən qatmışdım.
Aynaya bax, sevdiyim, mənsiz gözəl deyilsən!
Qaraltdığın dünyama çıraq ola bilmədin,
Yenə deyirəm hərdən "Qaranlığıma xoş gəldin!"
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.