Qadınlar saqqallı kişiləri bəyinir..

15 Ocak 2015
7 599
0
Qadınlar saqqallı kişiləri bəyinir..
Qadınlar saqqallı kişiləri bəyinir..


Qadınlar kimi biz kişilər də daim sevdiyimiz insanın gözündə gözəl görünmək üçün çalışmalıyıq. Bunun üçün sevdiyimiz qadının kişilərdə bəyəndiyi əsas xüsusiyyətlər haqqında məlumatlı olmağımız mütləqdir. Əziz kişilər, bu dəfə sizə qadınların böyük hissəsinin bizim barəmizdəki fikrləri haqqında məlumat vermək istəyirik. Oxuyun və onların kişilərin xarici görünüşündə əsas diqqət etdiyi özəlliklər barədə daha yaxından tanış olun.


"Social Psychological and Personality Science” jurnalında çap edilən bir araşdırmada göstərilir ki, qadınlar hələ də gur saçlı k
işiləri daha cazibədar hesab edirlər. Lakin bütün bunlarla yanaşı onların fikrincə, keçəl kişilər çox vaxt yaraşıqlı olmasalar da, bu saç modeli onları daha inamlı və özünəəmin göstərir. Buna görə də onlar uzunsaçlıları yaraşıqlı hesab etsələr də, keçəl kişilərlə birlikdə ola bilirlər. Ancaq keçəllik dedikdə qətiyyən seyrək saçlar nəzərdə tutulmur. Qadınların fikrincə, seyrək saçlı kişilər daha etibarsızdırlar.

Eyni zamanda sözügedən məqalədə o da bildirilir ki, qadınlar özlərinə tərəf müqabili seçərkən kişilərin üz quruluşuna və saqqallarına qarşı da xüsusi həssaslıqla yanaşırlar. Belə ki, onlar gur saqqallı və təmiz üzlü kişiləri eyni dərəcədə yaraşıqlı hesab edirlər. Bu zaman qadınlar tərəfindən heç arzu edilməyən tərəf müqabili çirkli saqqallı kişilərdir.


Bu qədər,əziz kişilər. Bu dəfə sizi müəyyən qrup qadınların fikri ilə tanış etməyə çalışdıq. Amma unutmayaq ki, bu fikirlər heç də bütün qadınların münasibəti deyil. Əsas odur ki, sizi olduğunuz kimi sevən və qəbul edən insanı tapasınız.

Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.