İnandığımız nağıllar 14-ci hissə

06 Nisan 2016
1 707
1
İnandığımız nağıllar 14-ci hissə
İnandığımız nağıllar 14-ci hissə

Yazar: Məsudə Cabbar
İnandığımız nağıllar 14-ci hissə




İnandığımız nağıllar 14-ci hissə Nağıllar..Uşaqlıqdan bəri bizi hər şeyin yaxşı olacağına inandıran yeganə sehir..
Bunu düşünmək məni məhv edirdi..
Anamın buna ehtiyac duyması məni məhv edirdi..Tutunacaq bir ümid axtarması ..
Məni öldürürdü..!

O məsum üzünü mənə çevirim əlimi xəfifcə sıxmağa çalışanda..Gülümsəyəndə..Öz nağılını gözləyəndə..
Ruhumun vücudunda çırımlar acılır, qanım yerə tökülmürdü..Amma ağrısını hər zərrəmdə hiss edirdim..
Özümü toplamağa çalışdım.. Üç dörd dəfə ard arda udqundum. Qəhərimi boğdum. Boğazımı təmizləyib səsimi tənzimlədim..
- Yaxşı.. Demək nağıl ? Mmm..

Diqqətlə məni dinlə o halda..
Biri var imiş..Biri yox imiş.. Uzaq diyarlardan birində toxunduğu hər şeyi gözəlləşdirən bir şəhzadə var imiş.. Bu şahzadə o qədər gözəl imiş ki, Tanrı onu heç kəsdən zərər görməsin deyə hər kəsdən uzaq, təhlükəsiz, gözəlmi gözəl bir meşəyə göndərir. Şəhzadə burada o qədər xoşbəxt yaşayır ki, bu cür gözəlliyi ona bəxş etdiyi üçün Tanrıya hər gün dua edir...
Beç - altı saniyə gözlədikdən sonra hələ də susduğumu görən anam gülməyə başladı. İnci kimi düzülmüş dişlərini aylar sonra ilk görüşüm idi.
- Elə bu ?
- Mmm, yox, əslində bu deyil, sonradan yayılan əfsanələrə görə Tanrı zamanla o meşəni həmin şəhzadə kimi saf və gözəl insanlarla doldurur. Və onlar əbədi olaraq həmin meşədə xoşbəxt yaşayırlar.
- Bəs bu nağılın pis qəhrəmanı yoxdu ?
- Yox, niyə olsun ki ? Bilirsən niyə ? Bu nağıl ancaq yaxşılar üçündür ! Və əsas gücləri də görünməz olmalarıdır.Onları ancaq özləri kimi yaxşı olsan görə bilərsən ! Deməli, şər qüvvələrin onları görə bilmə şansı sıfırdır !
- Nə xoş onlara..
Dodaqlarımı bir birinə sıxıb gülümsədim. Bir an dodaqlarını araladı..bir söz demək istəyirmiş kimi. Amma susdu. Saçıma bir sığal çəkib gözlərini yumdu.
Aylar boyu olduğu kimi bu dəfə də, o, gözlərini yuman kimi gözüm bir başa sinəsinə getdi. Nəfəs alıb almadığını yoxlamaqdan nifrət edirdim..Amma özümdən asılı deyildi. Alnımı əlinin üzərinə qoyum gözlərimi yumaraq elədə dayandım.
- Qorxuram, oğlum..Çox qorxuram..
Nəfəsimi tutdum. Ağlamayacaqdım. Zibilə qalsın ! Ağlamayacaqdım !
Başımı qaldırıb üzünə baxa bilmədim bir an.. Nə deməli olduğumu bilmirdim..
Yenə !

Üzünə baxmadan cəld doğrularaq sinəsinin üzərinə qapaqlandım onu incitmədən. Başımı boynuna dayayıb hıçqırıqlarını dinlədim hər şeyə dönə dönə nifrət edərək..
Çarəsizliyimə, gücsüzlüyümə, insanlara, həyata..Hər şeyə nifrət etdim o an..
- Qorxma - dedim başımı boynundan çəmədən- sən də orada olacaqsan.. O şahzadələrin yanında. Gözünü yumub bir açacaqsan ki, hər yer yamyaşıl, günəş içini isidir. Özündə sağlam, qaçırsan.. lap gənc yaşındasan. Gülürsən..Xoşbəxtsən..
- Səni orada gözləyəcəyəm..
Nə olur olsun, gec tez səni yenidən görəcəyəm,oğlum. Biz yenidən görüşəcəyik. Hə, mən gülümsəyəcəyəm. Sən mənə doğru qaçarkən ,mən qollarımı açıb səni gözləyəcəyəm.. Biz görüşəcəyik. Gec ya tez..Amma mütləq !
Artıq özümü tuta bilməyim mümkünsüz hal aldığında , bütün vücudum sarsılaraq, hönkürməyə başladım..
İnandığımız nağıllar 14-ci hissə
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. allah bendesi
    ALLAH hec kese valideyinin gozunun qarshisinda eriyib getmesini gostermesin ..teshekkur ellerinize sagliq
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.