Bir arzu tut: 16-ci hissə

07 Nisan 2016
1 638
2
Bir arzu tut: 16-ci hissə
Bir arzu tut: 16-ci hissə

Yazar: Məsudə Cabba

Bir arzu tut: 16-ci hissə

Castinin içindəki qəzəb hissi onun qorxu hissini silib aparmışdı gecənin qaranlığında bir xeyli var gəl etdikdən sonra bir az irəlidəki böyük daş parçasının üzərində oturub özünü sakitləşdirməyə çalışdı. bir neçə saniyə səsiz dayanmaq onun özünü birdən birə yorğun hiss etməsinə səbəb oldu. gözləri bir nöqtəyə zillənmişdi. bu vaxt isə qulaqları xanım Ameliyanın getməzdən əvvəl sözlədiyi sözləri təkrarlayırdı.. " Belə görünür ki, bu möcüzə sənə sırf insanlığın üçün bəxş edilib..." "Saf qəlbin və gözəl insanlığın üçün.."... "əvvəlki halına isə ancaq əlindəki bu silahlarınla qayıda bilərsən..""Unutma, mübarizə varsa yara üçün dərman da hökmən var..sənin dərmanın isə mərhəmətin və saf qəlbindir.."..
- O, nə demək istəyirdi axı? Yəni əgər əvvəlki kimi olsam hər şey qaydasına düşəcək? hh.. hər halda sınamaqdan başqa çarə qalmayıb, həy yola baş vurmalıyam..əvvəlki halıma isə.. yox bu mümkün deyil..itən bir həyat və geridə buraxdığım gözüyaşlı iki ailə var.. öz valideynlərim bağışlasa da övlad itkisini o biri valideynlər necə bağışlayacaq? bbbb..bəlkə..bəlkə hər şeyi danışsam anlayarlar məni, axı övladlarının süddən çıxma ağ qaşıq olmadığını onlar da bilir.. off, Tanrım,mən nələr danışıram! nə olur olsun günahlarımı öz öhdəliyimə götürməliyəm. Nəticədə hər kəsin bir günahı var elə deyil? Hər səh üçün də nəzərdə tutulan cəzalar var.. Əsas olan vicdanın cəzasından azad olmaqdır..İndi göz gözü görmür sabahı gözləyib dərhal yola düşmək lazımdır. Polis mərkəzinə gedib hər şeyi etiraf edəcəyəm. Bu iş artıq çox uzandı!
Üzərində bir qəpik də olmadığından Castin şəhərə, yolda dayanıb məcburi də olsa naz qəmzə edərək avtostop edib maşın dayandırmaqla getməli oldu. Bəxti gətirmişdi ki, sürücü digərləri kimi çıxmamışdı. Yol boyu demək olar Castin tərəfə baxmamış arada bir , bir- iki sual verməklə kifayətlənmişdi. Castin ünvanı soruşan sürücüyə əvvəlcə evlərini, sonra isə qərarından dönüb tanıdığı polis mərkəsinin ünvanını vermək istəsə də son anda ikisindən də imtina edib Aleksin evinin ünvanını verdi. Taksinin qapısı çırpıldıqdan sonra avtomobil yola düşəndə Castin bir müddət onun ardınca baxıb "yaxşı insanlar hər zaman var.. az da olsa" deyə qəlbindən keçirdikdən sonra Aleksin yaşadığı evə doğru dönüb qapıya doğru addımladı. Onu qarşılayan xidmətçi Aleksin duşda olduğunu, evə yeni gəldiyini dedi, təklif etdiyi içki bardağını irəliyə uzadarkən. Castin bir az gözləməli olsa da nəhayət qırx dəqiqəyə yaxın vaxtdan sonra Aleks qonaq otağına enə bildi. Castini görən zaman nənəsinin üsulunun bir işə yaramadığının fərqinə varıb dostunun adına çox kədərlənsə biruzə vermək istəmədi. Dərhal Benjamin və Demidən, Ceykobdan söhbət açıb vəziyyət haqqında son məlumatları verərək polisin hələ də hadisə yerində araşdırma apardığını otaqdaki və evdəki hər şeyə əl qoyaraq incələdiyini bildirdi. Castin ona diqqətlə qulaq asdıqdan sonra qəflətən olanları danışanda və bütün bunları etiraf edəcəyini bildirəndə Aleks ağzından çıxan söyüşlərə hakimlik edə bilmirdi.
- Sən nə danışırsan, Castin? Bu necə ola bilər axı!
- Dedim axı.. Məcbur qaldım..
- Əclaf! Həbsxanadan çıxması bəs deyilmiş kimi.. Başa düşmürəm bu xəstə zehniyyətli cəmiyyət virusları nə zaman təmizlənəcək axı! Qadına qarşı zorakılıq! ( O Castinin baxışını görüb gözlərini qaçırdı) Dostum, üzərinə alınma, mən ümumi danışıram. Sən isə! Etiraf məsələsini ağlından çıxar! Səni yaxşıca gizləyərik, ok? Bu məsələlər unudulana qədər də üzə çıxmazsan. Sonra isə birtəhər..
- Aleks! Sən məni dinləmirsən? S
ənə deyirəm ki, həyatım bu etirafa bağlıdır, başa düşürsən? Yoxsa əbədi bu cəzaya məhkum qalacağam! Həm də bu zarafat deyil. Madam ki, bir iş görmüşəm arxasında durmalıyam. Bu ki, adi iş deyil, cinayətdir ( səsini alçaltdı) . Bir düşün, əgər onun yerində mən olsaydım, məni biri öldürsə və qaçmağa çalışsa ona da kömək edərdin?
- Axı bu məsələ fərqlidir..
- Yox! Nəticə eyni olduqdan sonra səbəblərin əhəmiyyəti yoxdur. Mən gedirəm. Sən evdə qal, əgər səni sorğu sual etsələr hər şeyi olduğu kimi danış.. yəni, Ceykob məsələsini deyirəm. Mən getdim..Özünü qoru, dostum ( sözünü bitirdikdən sonra Aleksi möhkəm qucaqladı)
Bir arzu tut: 16-ci hissə

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. Agaeva
    Kaş her kəs vicdanli olsa çox sağolun
  2. allah bendesi
    ureyinin temizliyi ile yeqqinki yene hemin veziyyetine donecek..gizlede bileceyi halda etiraf etmeyi secdi vicdanli insanmish olen insanin ailesinin veziyyetinide goz onunde tutdu gorek neler olacaq:).teshekkurler ellerinize sagliq
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.