İnandığımız nağıllar 15-ci hissə

07 Nisan 2016
1 423
2
İnandığımız nağıllar 15-ci hissə
İnandığımız nağıllar 15-ci hissə

İnandığımız nağıllar 15-ci hissə
Yazar: Məsudə Cabba

O gündən sonra anam bir daha əvvəlki kimi olmadı. bir günü digərindən daha ağır keçməyə başladı və heç cürə bunu düzəldə bilmədim.. Dayanmadan qusdu, tərlədi, qızdırma içində yatdı. Bir axşam halı təmiz pisləşəndə cəldə bir taksi tutub onu yaxınlıqdaki xəstəxanaya yetişdirdim.Həkimlər məni içəri otağa almadılar yaxlanan zaman. Ən son qap tam örtüləcəkkən kiçik aralıqdan gördüm zəifləmiş vücudunu. Ağrı kəsici iynələr vuruldu, demək olar heç oyanmadan yatırdı. Bir aya yaxın bu cür davam etdi. Nə dualar bir işə yaradı..nə dərmanlar..
Bir gecə işdən çıxıb özümü xəstəxanaya tələsik çatdıran zaman anamın yatdığı otağın qapısı önündə bir adam gördüm..
Ata..

Sadəcə üç hərfdən ibarət bir varlıq..
Eləcə qapının önündə dayanmış,əlindəki papağını sıxırdı başını yerdən qaldırmadan. Sonra məni gördü. Əllərinin ardı ilə üzünü sildi.
O qədər boş hiss edirdim ki, ona qarşı, yanında doğruca keçib otağa girmək istədim o an..Qolumdan tutb saxladı. Üzümə baxmadı amma bir neçə saniyə dayandı o cür. Sonra qolumu sərtcə əlindən çıxarıb otağa girdim qapını azca çırparaq.
Hisslərimi cilovlamağa çalışıb anamın oksigen maskası altındaki simasına baxdım. Bir anda yumşaldı içimin qabıq bağlamış hər sərt qərtməyi..
Tam yanına gedəcəkkən həkim girdi içəriyə və əlini çiynimə qoyub bir şeylər deməyə başladı..
Qaraciyər koması nə demək idi ? Bu cür davam edə bilməzmiş.. Davam edə bilməyəcəkmiş, gücü qalmayıbmış.. İynə dərmanla olacaq iş deyilmiş, olsa da bir daha açmayacaqmış gözlərini.. Bir qərar verməli imişəm, ya bu cür "yaşamağa " davam edəcək, ya da dünya ilə bütün bağını qoparacaqmışıq. Komadaki xəstələrin baxımı dedi.. İmkan varmı ? ödəniş olacaqmı..? buna gücüm çatacaqmı ?
Həkimi uzaqlaşdırdım sakitcə.

Orada nə qədər qaldım..Göz yaşımı nə qədər tuta bildim, nə qədər susaraq qışqırdım, üsyan etdim, bilmirəm..
Son xatırladığım, bir xəstəxana küncündə oturub anamın öz əcəli ilə ölməsinə dua etmək oldu..
Bunun nə demək olduğunu başa düşürsən ? İnsanın bir xəstəxana dəhlizində oturub öz anasının ölümünə dua etməsi nə demək idi ?
Yox,mən ağlımı qaçırmamışdım..Bəlkə də qaçırmışdım, kim bilir . ? Sadəcə anamı həyata bağlayan o zibili söndürə bilməzdim.. Olmazdı ! Bacarmazdım ! Bu kim edə bilərdi ki ?
İndi nə edirəm , haradayam deyə düşünürsünüz, böyük ehtimal..
Universiteti bitirdim. Çətin də olsa, buraxdığım günləri anlayışla qarşılaya bildilər ,sağ olsunlar.. Əsgərliyə gedib gəldim.. İş tapdım. Kirayə ev tutdum. Aydanla əlaqəmi heç zaman kəmədim..
Düzəldirəm :
Aydan,mənimlə əlaqəsini heç zaman kəsmədi.. Hər an yanımda oldu.. Bütün çətin günlərimdə.. Ailəsi ilə tanış oldum, özümü sevdirməyi bacardım çox şükür. Güvənlərini qazandım.
Dünən oğlumuz Mikayılın ilk doğum gününü qeyd etdik. Artıq yalnız deyiləm.. Bütün fəsillər bahardır..Üşümürəm gecələri..
Atam ? Bizimlə yaşayır. Gec də olsa içkini atdı..Köhnə peşəsinə qayıtdı. Əl işlərini sataraq xərcliyini çıxarır. Məndən bir dəfə də olsun pul istəməyib. Ona qarşı nə hiss etdiyimi bilmirəm. Ata kimi.. Nə bilim.. Amma düzünü desəm, hansısa küçə tinində qaldığını bir anlıq düşünmək belə vicdanımı narahat edir.. İllər sonra danışa bildi mənimlə. Dəfələrlə üzr istədi. Anamla ilk tanışlıqlarını, mənim doğulduğum ili.. Hər nə isə.. Peşman olduğunu deyir. Mən də inanmağı seçirəm.
Yenə də sevinirəm ki, mən bu həyata gəlmişəm.. Anamı tanımışam, onun tərbiyyəsini ala bilmişəm.. Ya mən olmasaydım ? Ya anam atamın ümidinə qalsaydı ? Nə olacaqdı ?
Hazır anamdan söz düşmüşkən.. Bu gün ziyarətinə getdim.. Yeni güllərlə bəzədim dörd bir yanını..Çoxlu danışdıq, gülümsədi.. Orada hər şeyin çox yaxşı olduğunu , mənim yanına gedəcəyim günü səbirsizliklə gözlədiyimi dedi..
Onu heç zaman unutmayacağam.. Ta ki, onunla sözləşdiyimiz gündə görüşənə qədər..



İnandığımız nağıllar 15-ci hissə

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. Jessica
    Sitat: allah bendesi
    sonunda atasinin dogru yolu tapmasi gozel olub iller kecdikce emelleri ile ozunu bagishladmag ucun calishar yeqqin..aydanla evlenibller ne gozel.anaysa artiq haqq dunyasina qovushmush indi anlashildi niye ananin olumunu isteyirmish..bu sonuncu hisseydi yeqqin ???


    Yox sabah son hissəni paylaşacam
  2. allah bendesi
    sonunda atasinin dogru yolu tapmasi gozel olub iller kecdikce emelleri ile ozunu bagishladmag ucun calishar yeqqin..aydanla evlenibller ne gozel.anaysa artiq haqq dunyasina qovushmush indi anlashildi niye ananin olumunu isteyirmish..bu sonuncu hisseydi yeqqin ???
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.