Bizi Qovuşduran Çərpələng - Hekayə ( 2. Bölüm )

02 Nisan 2017
2 868
0
Bizi Qovuşduran Çərpələng - Hekayə ( 2. Bölüm )
Ertəsi gün Dərya məktəbə gəlir. Araz Dəryanı görüb deyir:
- Dərya, nə deyirsən, səncə çərpələng artıq hazır olar? Bilirsən də, axı bu gün gəzinti var?!
Dərya duruxdu. Bilmədi olanları Araza danışsın, yoxsa hələ heç nə deməsin?!
- Dərya, bilirsən necə həyəcanlıyam, heç meşəyə getməmişəm görəsən orda hansı heyvanlar var?..Hələ çərpələngi necə səbirsizliklə gözlədiyimi təxmin belə edə bilməzsən..
+ Həə, mən də həyəcanlıyam. Yəqin hazır olar çərpələng,-dərya dedi.
Dərs başlandı. Müəllim uşaqlara deyir:
- Hə uşaqlar, kim gəzintiyə gəlir? Deyin adınızı qeyd edim.
Uşaqlar sıra ilə adlarını yazdırdılar. Araz Dəryanın qolundan tutub dartdı:
- Müəllim, müəllim! Biz ikimiz bir yerdə olacağıq, gəzinti boyu bir yerdə əylənəcəyik. Adımızı yazın. Araz və Dərya.
Dərya qolunu çəkdi. Gedib hər şeyi- gəlməyəcəyini müəllimə deyəcəkdi ki, birdən düşündü:
"Müəllimə desəm Araz da biləcək. Araz bilsə pis olacaq, o da getmək istəməyəcək. Halbuki o getməyi çox istəyirdi. Hələ çərpələng xəyalları... Yox deyə bilmərəm. Ən azından çərpələngi Araza verim, meşəyə yola düşəndə getməyəcəyimi deyərəm!..
...Sonuncu dərs də bitdi. Zəng vurulan kimi Dərya ilə Araz sinifdən götürüldülər. Qaça-qaça Eldar babanın evinin qarşısına gəldilər. Araz dedi:
- Dayan, girmə içəri! Dua elə ki çərpələng hazır olsun.
+ İnşallah hazır olar blush
Dərya qapını döydü. Açan olmadı. İçəridən çoxlu səs-küy gəlirdi. Nəhayət qapı açıldı. Qapını açan Eldar babanın qonşusu Çimnaz xala idi. Dərya Çimnaz xalanın üzündə dərin kədəri sezdi. Dedi:
Salam Çimnaz xala, siz də burdaydız? Eldar baba evdədir?
Çimnaz xala heç nə demədi. Araz soruşdu:
- Nəsə olub?
Çimnaz xala tam cavab vermək istəyərkən birdən onu ağlamaq tutdu. Əli ilə üzünü örtdü, cavab verə bilmədi. İçəridə də səs küy var idi. Dərya ilə Araz heç nə demədən içəri keçdilər. Hamı bir yerə toplaşmışdı. Onlar Eldar babanın qonşuları idilər. Dərya həyəcanla, hamını aralaya-aralaya insanların toplaşdığı yerə çatdı!.. Diksindi. Bir addım geri çəkildi Dərya. O an Dəryanın rəngi kağız kimi ağardı. 1 gün əvvəl sap-sağlam ayaqda dayanan, onunla elə burdaca söhbət edən insanı- Eldar babanın cansız bədənini gördü. O həyatında 2-ci dəfə bu şoku keçirdirdi. Bir dəfə də atası öldükdə çölün ortasında qanlar içində görmüşdü. Eldar babanın ölümü isə onu tamam sarsıtdı.
Bu məqamda Araz özünü çatdırdı:
- E..e.. Eldar baba?!
Dəryanın gözündən yaşlar axırdı:
- Ne..Necə oldu? Niyə oldu? Kim elədi? Nə vaxt, axı niyə?
Qonşulardan biri cavab verdi:
- Dəm qazından boğulub.. Yazıq, Allah rəhmət eləsin!
Bunu deyib Eldar babanın üstünü örrdülər. Təcili yardım xidməti də burda idi. Amma artıq gec idi. Eldar baba çoxdan keçinmişdi.
Dərya dayana bilmədi. Özünü həyətə atdı. Əlini üzünə tutub hönkür hönkür ağlamağa başladı. Araz da onun yanına gəldi. Əlini onun çiyninə qoyub dedi:
- Bir anda oldu, heç vaxt ağlıma gəlməzdi buraya gələndə bu mənzərəylə qarşılaşacağımız.
+ Dəryanın gözü bir anda həyətdə söyüd ağacının altındakı bir əşyaya sataşdı. Yaxınlaşıb nə olduğunu anlamağa çalışdı. Bu mavi rəngli, üzərində kiçik çiçəkli naxışları olan bir çərpələng idi. Lakin deyəsən bu çərpələng uçurtmaq üçün hələ tam hazır deyildi.
Dərya ilə Araz çərpələngi görüncə xeyli kövrəldilər.
- Necə də qəşəng hazırlayıb!- deyə Dərya ah çəkdi.
Və sonra həyəcanla əlavə etdi- Araz, gəzinti!!
Araz sanki yuxudan ayılmış kimi oldu.
+ Nə? Gəzinti? Mən tamamilə yaddan çıxarmışam!
Ammaa.. Mən gəzintiyə getməyi düşünmürəm.
- Niyə? Babama görə getmirsənsə...
+ Mən bilirəmki Eldar babanın qəfil ölümünə görə heç sən də getmək istəmirsən. Sən getmirsənsə heç mən də getmirəm. Həm, belə bir gündə nə gəzintisi? O gəzintinin dadı duzu qalar?
- Hə əlbəttə. Haqlısan, mən Eldar babanı çox istəyirdim. İndi bilmirəm, darda olanda kimdən kömək istəyəcəm, məsləhət istədikdə kimdən alacam?..
+ Eldar baba ikimizin də tək dayağı idi. Amma indi o yoxdursa biz ikimiz bir- birimizə dayaq olmalıyıq. - Bunu deyib Araz Dəryanın əlini sıxdı.

* * *



Dəfn mərasimi başlandı. Dərya iıə Araz da burada idi.Eldar baba həyatı boyunca tək yaşadığı üçün mərasimdə də çox insan yox idi: Qonşular, oğlu Ramal, Araz və Dərya, və təbii ki molla.
Eldar baba vaxtı ilə ailəsi ilə birlikdə Rusiyada yaşayırdı. Lakin həyat yoldaşını çox tez itirdi. Yeganə oğlu Ramal da evləndi və özünə başqa bir ev tutdu. Eldar babanı qəbul etmədilər. Lakin Eldar baba da kiçik evində tək qalmaq istəmirdi. Doğma qardaşı ailəsi ilə birlikdə Azərbaycanda yaşayırdı. Buna görə o da Azərbaycana- qardaşı gilə gəldi. Və həmişəlik burda yaşamağa başladı. Lakin yaşı 60-ı ötmüş qardaşı da vəfat etdi. Qardaşının arvadı, qızını oxutmaq üçün Türkiyəyə getdilər. Bu səbəbdəndir ki Eldr baba o evdə tək yaşayırdı.
..Dəfn mərasimi bitdi. Artıq saat 6 idi. Dərya ilə Araz axşamçağının xəfif küləyi, batmaqda olan günəşin son şüaları, küçə ilə düzülmüş şam ağaclarının kölgəsi altında səssizcə, aram-aram yeriyirdilər. Onların heç biri dinmir, danışmırdı.
Nəhayət Araz sükutu pozdu:
- Evə getmək istəmirsən? Biraz dincələrsən, özünə gələrsən.Həm anan narahat olar.
+ İnan, belə açıq havada gəzmək daha yaxşı istirahər növüdür..
Ancaq gəzməklə dərdlərimdən, düşüncələrimdən qurtula bilərəm, anama da olanları evə gedəndə danışacam. Sən istəyirsənsə gedə bilərsən.
- İndi ki evə getmirik, gəl gedək yarımçıq çərpələngi tamamlayaq.
+ Aaa..Doğurdan. Mən çərpələngi tamamilə unutmuşam. Gəl gedək.
Onlar Eldar babanın sahibsiz qalan evinə gəldilər. Çərpələngi götürüb şam ağaclarının birinin altında otururlar. Araz çərpələngin bir orasına, bir burasına baxıb deyir:
- Mən "düzəldək, düzəldək" dedim, amma heç bilmirəm bunu necə düzəldəcəyik?
+ Eldar baba vaxtilə balaca bacıma düzəldəndə az-çox yadımda qalmışdı. Gördüyüm qədəriylə çərpələngin hər şeyi hazırdır. Bircə quyruğundan başqa- bunu deyib Dərya çərpələngin kağızını ipin üzərinə qatlayır.
- Ya Allah! Görək bacara biləcəksən?!- deyə Araz gülümsünür.
+ Sonraa..yapışqanla ipi yapışdırırıq. Digər bölgələrə də eyni bu şəkildə tətbiq edirik. Daha sonra ipi çərpələngin baş ucuna bağlayırıq, bu şəkildə ipi çərpələngə çarpaz şəkildə bağlayırıq..
Dərya işləyir, Araz da əlini çənəsinə qoyub maraqla tamaşa edir. Nəhayət Dərya başını qaldırıb fərəhlə deyir:
-Aha, ev şəraitində hazırlanmış bir çərpələng. Pis-yaxşı! Birtəhər uçurdarıq
+ Əla alındı, Eldar baba gör üstünə nə gözəl həkk eliyib adımızın baş hərflərini:

A.D

- Həə, düz deyirsən. Əsas sağol Eldar babaya düşürdü,amma, nəysə..-Dərya heyfisləndi...
+ Yaxşı, yaxşı gəl gedib uçurdaq.
- Nə! İndi?
+ Həə, bəs nə vaxt?- deyib Araz ayağa qalxdı,- dur gedək dur!
Dərya ayağa qalxdı. Çərpələngi də götürüb düzənlik bir yerə gəldilər. İkisi də çərpələngin ipindən tutub uçurtmağa başladılar. Quş kimi havada süzülürdü çərpələng. Üzərində " A.D" (araz, dərya) yazılan çərpələng sanki bütün göy üzünə bu iki nəfərin dostluğunu çatdırmağa çalışırdı..
Araz arada bir çərpələngi Dəryanın əlindən alıb qaçırdı, Dərya da Arazın arxasınca qaçıb çərpələngi ondan almağa çalışırdı. Gülüş səsləri bütün düzənliyi ağuşuna almışdı...
...Uşaqlar nəhayət yorulub bir kənara oturdular.
- Az qala ağaca ilişəcəydi çərpələng, mən son anda kənara çəkdim,- deyə Dərya təngnəfəs halda Araza dedi:
+ Pahh.. Sən heç uçurda bilmirdinki. İpin ucundan tutmusan, az qala əlindən sürüşüb uça...
- Həə, həə! Sən guya lap əla uçurdurdun axı..
...Uşaqlar arasında şirin mübahisə başa çatdı,- ta ki axşam saat 8 olduğunu fərq etdiklərində.
Ayrılmaq vaxtı çatanda Araz Dəryaya dedi:
- Görəsən indi meşədə nə edirlər?.. Ehh!
+ Məncə indi çadır qurub yatmağa hazırlaşırlar. İlanların, qurdların içində..
- Doğurdan, biz də indi onlarla getsəydik, sən ilanların qorxusundan necə yatacaqdın? Mənə maraqlıdı.
+ Əslindəə.. Mənn.. Araz, mən əslində heç getməyəcəkdim. Yənii,,anam əvvəldən mənə ivazə verməmişdi.
- Nəə? Bəs bunu indi niyə deyirsən? Anan niyə qoymamışdı ki?
+ Anam xəstə idi. Nə bilim, tək buraxmaq istəmirdi yəqin..
- Mənim anam xəstə də olsa, pis vəziyyətdə də olsa belə bir gəzintidən qalmağıma heç vaxt razı olmazdı. Sənin anan...Nə bilim e?
+ Araz, mənim anam qoymursa, bir səbəbi vardır ki qoymur da, yoxsa o istəməz ki mən belə gəzintidə iştirak etməyim. Ana ürəyidi də rahat olmur.
- Başımızda dağ boyda müəllimlər var, direktor var. Necə yəni rahat deyil? Guya anan bizimlə gəlsə, başımıza heç nə gəlməyəcək, amma gəlməsə, nəysə qəza filan keçirdəciyik? Məntiqsizdir!
+ Off..Araz! Bəsdi, sən necə düşünürsənsə özün bilərsən!
Bunu deyib Dərya üzünü çevirib getdi.
- Mən..Mən pis mənada demədim. Dərya, Dərya!..

Dərya üzgün halda evə gəldi. Lakin evdə heç kimi tapa bilmədi. Otaqlar bomboş idi. Təlaşlandı. Cəld həyətə baxdı. Amma heç kim yox idi. Üzbəüz qonşuları olan Gülər xala gilin qapısını döydü. Gülər xala qapıya çıxdı. Dərya soruşdu:
- Xala, bilmirsən anam gil hardadır?
+ Dərya, harda idin? Anan saatlarca səni axtarırdı. Kirayə pulunu gecikdirdiyinizə görə ev sahibi anan gili evdən atdı.
- Nə?! Bəs indi anamla bacım hardadır?
+ Səni çox axtardılar. Tapa bilmədilər. Bircə onu bilirəm ki Gəncəyə- bibin gilə gedəcəkdilər qalmağa. Get, bəlkə çatarsan.
Dərya Gəncəyə gedən avtobusların olduğu yerə doğru qaçmağa başladı. Üstündə 20 qəpik pul var idi. Gecənin bu saatı təkcə getməyə qorxurdu. Buna görə avtobusa mindi..

...Səhəris gün Araz Dəryayla küsdüyü üçüb çox peşman idi. Barışmaq adına Dərya gilə gəlir. Ev sahibi qapıya çıxıb deyir:
- Kim lazımdı?
+ Siz kimsiz? Dərya yoxdur?
- Dərya kimdir? Həə, evin əvvəlki sahibi? Daha onlar burda yaşamırlar balam. Gülə-gülə - deyib qapını örtdü.
Araz bunu eşidəndə rəngi ağappaq ağardı. Dəryanın harda olduğunu bilmirdi. Üstəlik də Dərya ilə küsülü ayrılmışdılar.

2 ay sonra..

Avqust ayı idi və Araz artıq məktəbi bitirmişdi. Dəryadan isə heç bir xəbər yox idi. Onun ən böyük xəyallarından biri Türkiyədə təhsil almaq idi. Elə bu gün hava limanına getdi Araz. Uzun zamandır gözlədiyi gün çatmışdı, artıq Türkiyəyə gedirdi..
Nəhayət təyyarə qalxdı.. Araz Türkiyəyə yola düşdü. 2 ay Dəryadan bir xəbər gözləmiş, amma heç bir nəticə verməyəcəyini anlayıb özünə bir həyat qurmağa qərar vermişdi Araz...
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.