..:::...Unudulan Təşəkkür..:::....

27 Aralık 2014
2 350
0
..:::...Unudulan Təşəkkür..:::....
..:::...Unudulan Təşəkkür..:::....

Xəstəxanada olmasına baxmayaraq xoşbəxt idi, dinc idi. Çünki yeni bir həyat dünyaya gətirmişdi. Bu yeni həyatı görməyə gələnlər əlləri boş gəlmir, özü ilə hədiyyələr də gətirirdi.

Kimisi əlində şokoladla, kimi böyük bir çiçək buketiyle, kimi sevimli oyuncaqlarla gəlir; kimisi isə adətdən olduğu üzrə körpənin yastığına qızıl ilişdirirdi.

Körpəyə uyğun cicili bicili, rəngli, allı pullu paltarlar gətirənlər də olurdu.

Hər hədiyyə gətirənə ayrı-ayrı təşəkkür edib, təşəkkürlərini dilə gətirirdi.

Yerdə kiçik bir oyuncaq ayı gördü. "Bu oyuncaq ayını kim gətirdi, niyə görmədim bunu gətirəni" deyə deyindi.

Çünki bu hədiyyəni gətirənə təşəkkür etməmişdi. "Necə belə bir hörmətsizlik, nezaketsizlik" edərəm deyə deyindi.

Xəstəxanaya ziyarətə gələnləri və kimin nə hədiyyə gətirdiyini tək-tək düşünərək tapdı. Düşünərkən də bunları qeyd edirdi.

Cem qızıl taxdı, Aylin şokolad gətirdi, Okan çiçək gətirdi... şəklində qeydlər alaraq oyuncaq ayını kimin gətirdiyini tapıb ona dərhal telefon etdi.
*************
"Osman qüsura baxma mən sənin hədiyyəni Görmemişəm, bir təşəkkür belə edə bilmədim" dedi.

Aldığı hər hədiyyə üçün təşəkkür etmişdi, təşəkkür etmədiyi kimsə qalmamışdı.

Halbuki ən böyük təşəkkürü, şükrü unutmuş, bütün bu hədiyyələrin gəlməsinə səbəb olan, o kiçik balanı özünə hədiyyə olaraq göndərən Allaha təşəkkür etməmişdi.

Üstəlik hər gələn Allah bağışlasın, Allah analı atalı böyüsün deyərək, əsl təşəkkürü layiq edəni işarə edirdi.

Xəstəxanada ikinci günlərində körpələrində bir xəstəlik hasil oldu. Həkimlər tələsik körpələrini götürüb apardılar. Böyük otaqda yoldaşıyla və hər biri üçün tək-tək təşəkkür etdiyi hediyeleriyle baş-başa qaldı.

"Ya körpəmizə bir şey olsa, daha onu doğru düzgün qucaqlamadım belə" deyə deyindi. Arxasından da :

"Allahım sən körpəmizi bizə bağışla" dedi.

Halbuki Allah, balasını onsuz da özünə bağışlamış lakin bir təşəkkür bir şükür belə ala bilməmişdi.

Bu vəziyyətin özü də fərqinə varmışdı .

"Allahım mənə bir uşaq verdiyin üçün sənə sonsuz şükürlər olsun. Mən aldığım hər hədiyyə üçün təşəkkür edib, əsl böyük hədiyyənin sahibini unuttum, məni bağışla, körpəmizə da şəfa ver" deyərək dua etdi.

Bu dua etdiyi ilk namazın, ilk duasıydı .

Şəfa tapan körpəsini hər qucağına alışında bu möcüzənin sahibinə belə təşəkkür edirdi:

"Allahım sənə şükürlər olsun, həm mənə bir uşaq verdin, həm də onun vasitəsiylə mənə doğru yolu göstərdin."

R.T..ZemichkA
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.