7-ci HAQQ - Ərlə arvadın bir-birinə olan haqları

05 Şubat 2015
3 471
0
7-ci HAQQ - Ərlə arvadın bir-birinə olan haqları
7-ci HAQQ - Ərlə arvadın bir-birinə olan haqları


«Ey iman gətirənlər! Qadınlara zorla varis çıxmaq sizə halal deyildir. (Qadınlar) açıq-aşkar pis bir iş görməyincə, özlərinə verdiyiniz şeylərin (mehrin) bir hissəsini geri qaytarmaq məqsədilə onlara əziyyət verməyin. Onlarla gözəl (Allahın buyurduğu kimi) rəftar edin. Əgər onlara nifrət etsəniz (dözün). Ola bilsin ki, sizə nifrət doğuran hər hansı bir şeydə Allah (sizdən ötrü) çoxlu xeyir nəzərdə tutmuş olsun» («ən-Nisa» surəsi, 19).

«…Kişilərin qadınlar üzərində şəriətə görə hüquqları olduğu kimi, qadınların da onlar (kişilər) üzərində hüquqları vardır. Ancaq kişilər (daha artıq əziyyətə qatlaşdıqları üçün) onlardan bir dərəcə üstündürlər…» («əl-Bəqərə» surəsi, 228).
Ərlə arvad bir-birinin haqqını tam ödəyərsə, xoşbəxt olarlar.

Ümumiyyətlə, bu haqq üç qismdir:

1. Bədən ilə əlaqəli haqq;
2. Mal ilə əlaqəli haqq;
3. İctimai haqq.



Ərin boynunda olan haqlar
1. Yemək, içmək, geyim və yaşayış yeri ilə qadını tə‘min etmək:

«Arvadın yeməyi və geyimi öz qüvvəsi dairəsində uşağın atasının üzərinə düşür» («əl-Bəqərə» surəsi, 233).

2. Qadını Allahın və Onun elçisinin (s.ə.s) buyurduğu qaydada tərbiyələndirmək:

«Kişilər qadınlar üzərində ixtiyar sahibidirlər. Bu, Allahın onlardan birini digərinə üstün etməsi və kişilərin öz mallarından (qadınları üçün) sərf etməsinə görədir. Əməlisaleh qadınlar (ərlərinə) itaət edib Allahın himayəsi sayəsində gizli şeyləri (ərlərinin sirlərini, mal-dövlətini, namus və şərəfini) qoruyub saxlayırlar. (Ey kişilər!) Özbaşınalıq etmələrindən qorxduğunuz qadınlara nəsihət edin, (yola gəlməzlərsə) onlardan yatağınızı ayırın və (yüngülcə) döyün! Sizə itaət etdikdə isə onlara (əziyyət vermək üçün) başqa yol axtarmayın. Əlbəttə, Allah uca və böyükdür» («ən-Nisa» surəsi, 34).
Əbu Hüreyrədən (r.a) rəvayət olunan hədisdə Peyğəmbər (s.ə.s) demişdir: "Qadınlara diqqət edin, qadın qabırğadan yaranıb. Qabırğanın ən əyri hissəsi onun yuxarı tərəfidir, düzəltmək istəsən sındıracaqsan, düzəltməsən əyri qalacaq. Qadınlara diqqət edin!"
(əl-Buxari, 3331).

3. Qadınlarla kobud rəftar etməmək:

«Əgər qaba, sərt ürəkli olsaydın, əlbəttə, onlar sənin ətrafından dağılıb gedərdilər» («Ali İmran», surəsi, 159).

Arvadın boynunda olan haqlar

1. Ərinə qulluq (dünyəvi işlərdə) və itaət (dini) etməlidir:

Aişədən (r.a) rəvayət olunan hədisdə Peyğəmbər (s.ə.s) demişdir: "Allahdan qeyrisinə səcdə etmək caiz olsaydı, qadına ərinə səcdə etməsini əmr edərdim" (İbn Macə, 2/1852).
Əbu Hüreyrədən (r.a) rəvayət olunan hədisdə Peyğəmbər (s.ə.s) demişdir: "Qadın ərinin izni olmadan (fərz olmayan) oruc tutmamalıdır" (əl-Buxari, 5192).
Əbu Hüreyrədən (r.a) rəvayət olunan hədisdə Peyğəmbər (s.ə.s) demişdir: "Kişi qadınını yatağına çağırdıqda, o (qadın) onun (ərinin) istəyini yerinə yetirmədiyi üzündən əri qəzəblənmiş halda yatarsa, mələklər səhərə qədər o qadına lə‘nət edərlər" (Müslim, 3526).
Qeyd: Qadın yalnız üzrlü səbəbə görə cinsi əlaqədən imtina edə bilər.

2. Qadının əri ilə (və ərin qadını ilə) məzələnməsi (öpmək, qucaqlamaq və s.):

Cabir bin Abdullahdan (r.a) rəvayət olunan hədisdə Peyğəmbər (s.ə.s) demişdir: "Allah zikri olmayan hər bir şey oyun-oyuncaqdır, dörd şeydən başqa: kişinin arvadı ilə məzələnməsi, atını əhlilləşdirməsi, iki hədəf arasında qaçması və üzməyi öyrənməsi" (Səhih hədislər silsiləsi, 309).

3. Qadın, ərinin ona etdiyi yaxşılıqlara qarşı nankor olmamalıdır:

Əbu Səid əl-Xudri (r.a) rəvayət edir: «Peyğəmbər (s.ə.s) bayram günü (qurban və fitrə) qadınların yanına gəlib dedi: "Ey qadınlar! Allah yolunda sədəqə verin! Cəhənnəm əhlinin əksəriyyətinin qadınlar olduğu mənə göstərildi". Onlar: "Nə üçün, ey Allahın elçisi?" – deyə soruşdular. O dedi: "Bu, sizin çox lə‘nət etdiyinizə və ərlərinizə qarşı nankor olduğunuza (ərin əziyyətini heç etməyinizə) görədir"» (əl-Buxari, 304).
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.