Ana səhifə
loading...
loading...

Bədən dilimiz nə deyir?

Maraqlı Yazılar / Psixologiya
18 May 2015
409
3
Bədən dilimiz nə deyir?
Bədən dilimiz nə deyir?
Heç kimə sirr deyil ki, qarşımızdakı insanla bir neçə saniyə ünsiyyət qurmaq onun haqqında müəyyən fikrin və ilkin təəssüratın formalaşması üçün kifayətdir. Məsələ ondadır ki, insan beyni ilk millisaniyədə öz fikrini formalaşdırır. İnsanlar tanış olmadan öncə beyin insanı qiymətləndirməyə çalışır və onun haqqında qiyabi nəticələrə gəlir. Biznesin effektiv şəkildə inkişafı üzrə dünya mütəxəssislərindən biri olan Bernard Marr bu məsələ ilə bağlı öz qeydlərini etmişdir. Belə ki, Bernard Marr bədən dilimizin yol verdiyi xətaların qarşımızdakı insanla ünsiyyət zamanı hansı problemlərə yol aça bildiyindən danışmışdır.

Bədən dilimizin yol verə biləcəyi xətalar ilə tanış olun və sağlam ünsiyyət və biznes üçün mümkün qədər bu səhvləri düzəldin.

Beləliklə bədən dilimizin əsas səhvləri:

— Söhbət əsnasında oturduğunuz kürsüyə həddindən artıq “yayılmayın” Bu sizin tənbəl və təkəbbürlü olduğunuza işarədir.

— Həddindən artıq önə əyilməyin. Bununla müsahibinizə aqressiv olduğunuz təsiri bağışlaya bilərsiniz. Neytral pozada qalmağa çalışın.

— Göz təmasını tez bir şəkildə qırmayın. Bu jest sizin etibarsız biri olduğunuz təsiri bağışlayacaq və çox əsəbi olduğunuz göstərəcək. Göz təmasını qoruyun, xüsusəndə əl ilə görüşdükdə.

— Başınızı razılıq mənasında çox tərpətməyin. Bu zaman “başı dayanmadan tərpənən kukla” kimi görünəcəyinizi unutmayın. Müsahibinizlə razısınızsa bir dəfə başınızla təsdiq edin, 1 dəfədən artıq yox.

— Barmaqlarınızı çarpaz şəkildə bir-birinə keçirməyin. Bu, müdafiə olunmaq nişanəsidir. Bu vəziyyəti almayın, xüsusəndə əgər suallara cavab verirsinizsə. Əllərinizi böyrünüzdə saxlamağa çalışın.

— Daim vurnuxmaq sizin nə dərəcədə əsəbi olduğunuzu sübut edir. Hər bir vəchlə bunu tərgitməyə çalışın.

— Əllərinizi belinizin arxasında, yaxud cibinizdə saxlamayın. Bu zaman sərt və qəddar bir şəxs təsiri bağışlaya bilərsiniz. Yenə də ən məqsədəuyğun şəkildə əllərinizi sadəcə yanınızda saxlayın.

— Gülümsəyin. Soyuq üz ifadəsi insanların özünü narahat hiss etməsinə səbəb olacaq və belə bir sual yaranacaq – həqiqətən burada olmaq istəyirsinizmi?!

-Daim telefonunuza baxmayın. Bu o deməkdir ki, hazırda olduğunuz mühit sizə maraqsızdır və ya sizi başqa yerdə gözləyirlər. Bundan əlavə, bu etiket qaydalarını bilmədiyinizə bir işarədir.

Beləliklə, nə etməlisiniz? Daim belinizi düz saxlamağa çalışın. Düz dayanın və əlləriniz nə cibinizdə, nə də belinizin arxasında deyil, yanınızda olsun. Baxışlarınız düz, təbəssümünüz yerində və ən əsası da özünüz təbii olun. Özünüz olun!
Xəbərlərdən daha tez xəbərdar olmaq üçün Facebook Səhifəmizi izləyə bilərsiz.
Загрузка...
Şərhlər
FATIME
Beləliklə, nə etməlisiniz? Daim belinizi düz saxlamağa çalışın. Düz dayanın və əlləriniz nə cibinizdə, nə də belinizin arxasında deyil, yanınızda olsun. Baxışlarınız düz, təbəssümünüz yerində və ən əsası da özünüz təbii olun. Özünüz olun!
SEHRI
İnsan hər zaman özü olmalıdır,nə qədər maskalansa da bir gün maskası düşər və o maska endiyi an özüdə hərkəsin gözündən enər.

faydalı məlumata görə çox sağolun.
...KüsgÜn...
en axrinci cumleni yeni mesleheti chox beyendi duz idi
Şərh Yaz