Ernest Hemingway’in 10 kəskin sitatı
Amerikalı yazıçı və jurnalist Ernest Hemingway’ə görə hadisənin mahiyyəti onun görünən səthində deyil, səthin görünməyən altındadır; bunu Aysberq üslubu adlandırdılar. Bir çox əsərləriylə yaddaşlara həkk olunmuş bu dahinin bəzi sitatlarını sizə təqdim edirik. İnsanı düşünməyə bir daha vadar edən kəskin sözlər yazıçının böyüklüyünə işarədir.
– Ehtiraslarını cilovlamağı bacaran adam şəhərləri fəth edən sərkərdədən güclüdür.
– Keçmişdə vətən uğrunda ölməyin ləzzət və gözəlliyindən tez-tez yazırdılar. Amma indiki müharibələrdə şirin və gözəl heç nə qalmayıb. Heç bir səbəb olmadan it kimi gəbərirsən.
– Uğurun çox sadə sirri var: heç vaxt ruhdan düşməyin. Heç vaxt adam arasında ruhdan düşməyin.
– Əxlaq mövzusunda inandığım qanun budur; nəyisə etdikdən sonra özünü yaxşı hiss edirsənsə, deməli o şey əxlaqidir; əgər özünü pis hiss edirsənsə, deməli qeyri-əxlaqidir.
– Şən insanlar adətən ən cəsarətli insanlardır, buna görə də hamıdan birinci ölürlər.
– Ağıllı insanları xoşbəxt görmək çox nadir görülən bir şeydir.
– İstənilən qorxaqlıq sevgisizlikdən yaranır.
– Həqiqi cəsur insanların duelə çıxmağa ehtiyacları olmur, lakin bir çox qorxaq özünü öz igidliyinə inandırmaq üçün hər zaman duel kimi vasitələrə əl ata bilir.
– Başqa yerə köçməklə insanın özündən qaçması mümkün deyil.
– Dostoyevskidə inandıqlarını da tapa bilirsən inanmadıqlarını da. Lakin onun elə doğruları var ki, oxuduqca səni necə dəyişdirdiyini hiss edə bilirsən.