Yeni il kombinləri

22 Aralık 2015
4 283
2
Yeni il kombinləri
Yeni il kombinləri

Yeni il ziyafətlərindən göz qamaşdırmaq istəyən xanımlar qara ziyafət donu, gümüş rəngli parlaq ayaqqabı və üzərinə gümüş əl çantası ilə gecənin ulduzu ola bilər. Üzərindən geyinəcəyiniz ayaqqabıya uyğun rəngdə seçilən gümüşü çalarlı bir palto ilə geyimizi tamamlayaraq hər kəs də xoş təəsürat oyada bilərsiniz.

Yeni il kombinləri

Qırmızı hər zaman cazibədarlığın rəngi hesab olunur. Bu rəngdə geyimlə hər zaman cazibədar görünmək mümkündür. Adətən qara və qızılı tonlarla uyğunlaşdırılan qırmızı rəng bu ilin dəb trendinə uyğun olaraq daha çox gümüşü və boz tonlarla istifadə edilir. Boz rəngli donla qırmızı boynu bir xəzli model palto ilə uyğunlaşdıraraq geyinsəniz gecənin seçilən xanımlarından olacaqsınız.

Yeni il kombinləri

2016 cı ildə pulcuqlu (biserli) geyimlərin dəbdə olacağı düşünülərək, qara rəng üzərində qızılı və bardovu pulcuqlarla işləmələri olan bir don sizi yeni il ziyafətinin ən şux xanımlarından edə bilər. Qızılı sırqalar və zərif bir ayaqqabı ilə uyğunlaşdıraraq geyinəcəyiniz geyimi qara boynu xəz palto ilə tamamlaya bilərsiniz.

Yeni il kombinləri




RƏYLƏR
  1. SEHRI
    • SEHRI
    • 25 Aralık 2015 22:13
    Ayaqqabıları bəyənməsəmdə geyimlər gözəldi.Məncə geyimləri başqa ayaqqabı ilə konbi etsək daha gözəl olardı. Üst qış geyimi ayaqqabı yay geyimi alınmır məncə.
  2. AleDa
    • AleDa
    • 22 Aralık 2015 22:45


    Bu kombini cox beyendim.
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.