Qəhvə

27 Şubat 2016
1 529
2
Qəhvə
Qəhvə

Qəhvə

Qəhvə falına inanırsan ? Mən heç fala inanmazdım. O günə kimi...
Qış ayları idi. Birlikdə qar altında gəzirdik. Ətraf bəyaz rəngə boyanmışdı. Kiçik ev bacalarından çıxan tüstü, evlərdə yeni ilə hazırlıq .. Və hamı necə də xoşbəxt idi.
Sanki xoşbəxtlər ölkəsi bura idi, sakinləri biz olan
Soyuqda üşümüşdük. Qaldığımız evin sahibi çay təklif etdi. Amma sən ilk qəhvəni soruşdun. Mənə qəhvə dəmləyəcəkdin- öz əllərinlə... Üzümə gü-lümsəyib mətbəxə keçdin. On dəqiqədən sonra əlində iki fincanla gəldin. Qırmızı fincanı mənə uzatdın.
-Çox gözəl ətri var-deyib çiyərlərimə çəkdim qoxunu..
-Qəhvə falına inanırsan?
-Yox, niyəki ?
-Yaxşı, dinlə.
Keçmiş vaxtlarda ölkəni müharibələr bürüyən bir dövrdə, bir yaşlı qaraçı meşədən keçəndə yaralı döyüşçünün onu çağırdığını eşidir və arabasını dayandır
ır. Yaralı döyüşçü onu burdan xilas etməyi xahiş etsədə, qaraçı yolların təhlükəli olduğunu bəhanə gətirir və razı olmur. Döyüşçü kiçik pul kisəsindən qara kiçik dənəcikləri olan bir bitkini onu xilas etmək qarşılığında təklif edir. Qaraçı bunun nəyə lazım olduğunu soruşduqda, döyüşçü, ona qarının verdiyini və tilsimli bir bitki olduğunu deyir. Nəhayətində yaşlı razı olur və onu arabasına qoyub, dumanlar içində olan meşədən, dağın ətəyində yerləşən evinə gətirir.
Qaraçının gözəllər gözəli bir qızı var idi. Günlərini meydanda rəqs edib, fala baxmaqla keçirirdi. Gözəl qaraçıya kim yaxın durmaq istəsə, qaraçı ona sahib olanın tilsimə düşüb, ömürlük yuxuya dalacağını deyərdi. Taki, o gü nə kimi, atasının, döyüşçünü öz daxmalarına gətirənə kimi. Döyüşçü sarışın, iri bədənli ,mavi gözlü pəhləvanı andıran cüssəyə malik idi. Haldan düşən döyüşçü qaraçı qızı görən kimi huşunu itirir. Üç gün müxtəlik bitkilərdən dərmanlar hazırlayan yaşlı qaraçı, artıq yorulmuş və döyüşçünün ölümünə hazırlıq görməyə başlayır. Qaraçı qız qocanın torbasından düşən də nəcikləri ondan soruşur və təktanrıçılğa inanan qoca dua etməyə başlıyır. Və dənəciklərdən məlhəm hazırlayıb döyüşçünün yarasına çəkir.
Qaraçı qız qəhvəni əritdiyi qabın içinə baxır və müxtəlif şəkildə olan izləri oxumağa başlayır. Və öz taleyinin döyüşçü ilə kəsişdiyini anlayır. Bir neçə gündən sonra döyüşçü sağalır və qaraçı qızı, qocanın razılığı ilə öz ölkəsinə aparır... Və xoşbəxt sonluq
Qəhvəni içə-içə pəncərədən yağan qar dənəciklərini izləməyə davam et-dik...
-Hava necədə soyuqdu
-Əllərini uzat...
Bu il qar yağmadı, amma nədənsə bu hekayəni heç unuda bilmirəm...
Qaçmağa çalışsamda hər görüntüdə, bir əksin var...
Əslində bizim hekayəmiz bir səhifəlik idi, niyə hələdə bitmir?


Qəhvə
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. allah bendesi
    teşekkur paylaşim ucun ellerinize sagliq
  2. alara
    • alara
    • 27 Şubat 2016 17:21
    əslində bizim hekayəmiz başından bəri səhfdir amma helede bitmir biti dedik amma davam edir niyə cox toxundu bu soz maraqli hekayədir sadəcə bu soz neyse ələrinə saqlıq
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.