90 yaşlı qadının həyatdan öyrəndikləri
1. Həyat ədalətli deyil, amma yenə də gözəldir.
2. Həyat o qədər qısadır ki, kiməsə nifrət edərək
vaxt itirmə.
3. Heç kim özünü ciddi hesab etməməlidir.
4. Kredit kartlarını hər ay vaxtı-vaxtında ödə.
5. Hər mübahisədə qalib gəlmək məcburiyyətində
deyilsən, bəzən qəbul et getsin.
6. Kiminsə çiynində ağlamaq, tək ağlamaqdan
daha yaxşıdır.
7. İlk maaşından başlayaraq pensiya dövrü üçün
pul toplamağa başla.
8. Ortada şokolad varsa, dirəşmək lazım deyil.
9. Keçmişinlə barış ki, gələcəyini zəhərə
döndərməsin.
10. Uşaqlarının səni ağlayarkən görməyində
problem yoxdur.
11. Həyatını başqalarının həyatı ilə müqayisə
etmə. Hansı şərtlər altında bura gəlib çıxdıqlarını
bilmirsən.
12. Əgər münasibətin gizlin qalmasını istəyirsənsə,
o münasibətin içində olmamalısan.
13. Xoşbəxt uşaqlıq yaşamaq heç vaxt gec deyil.
Yenidən uşaqlığını yaşamaq tamamilə səndən
asılı olan şeydi və heç kim qarışa bilməz.
14. Həyatda nəyə marağın varsa, arxasınca
getməli və bu yolda “yox” sözünü bir cavab
olaraq qəbul etməməlisən.
15. Ən gözəl paltarlarını geyin, cehizindəki yemək
qablarından istifadə et, onları özəl günlərə
saxlama. Özəl gün bu gündür.
16. Hansısa rəngdə paltar geyinmək üçün bir yaş
dövrünün gəlməyini gözləmə.
17. Çox pis hadisələr baş verəndə belə düşün: “5n
il sonra bu hadisənin heç bir əhəmiyyəti
olmayacaq”
18. Hamını və hər ediləni bağışla.
19. Başqalarının sənin haqqında nə
düşündüyündən sənə nə?
20. Hər şeyin dərmanı zaman deyilmi? Zamana
burax.
21. Vəziyyət nə qədər yaxşı yaxud da pis olursa
olsun, dəyişəcək.
22. Xəstə olanda işin sənə baxmayacaq, dostların
baxacaq. Əlaqələri kəsmə, dostlarına vaxt ayır.
23. Möcüzələrə inan.
24. Unutma, səni öldürməyən şey, seni daha da
güclü edir.
25. Övladının cəmi bir uşaqlıq dövrü var, dəyərini
bil, unudulmaz elə.
26. Hər gün mütləq bayıra çıx, möcüzələr hər
yerdədir.
27. Həyatı çox sorğu-sual etmə, hərəkətə keç və
lazım olanı indi et.
28. Ən yaxşı şeylər hələ reallaşmayan şeylərdir,
ümidini itirmə.
29. Nə etmək lazım olduğunu bilməyəndə
dərindən nəfəs al, xeyri dəyəcək.
30. Gözəl bağlanmış qutuda olmasa da, həyat
yenə də bir hədiyyədir.(c)