İnandığımız nağıllar 6-ci hissə

27 Mart 2016
1 942
1
İnandığımız nağıllar 6-ci hissə
İnandığımız nağıllar 6-ci hissə


Yazar: Məsudə Cabbar
İnandığımız nağıllar 6-ci hissə



O sabah anam heçnə olmamış kimi yerindən qalxdı, səhər yeməyi hazırlayıb divanın üzərində yatıb qalmış atamın oyanmasını gözlədi. Heçnə hiss edə bilmirdim. Sanki hər yer buz kimi soyuq idi amma mən çox da üşümürdüm. Hər yer bozumtul rəngdə görünürdü gözümə. Həmin gün anamla bu barədə heçnə danışmadım. O da mənə nə isə demədi. Günortaya yaxın mağazaya gedib yağ ,iki dənə də çörək almağımı tapşırdı. Heçnə demədən yola çıxdım. Mağaza iki addımlıq məsafədə idi amma evə üç saat sonra döndüm. O üç saat ərzində nə etdim, harada vaxt keçirdim hələ də xatırlamıram. Evə qayıtdığım zaman niyəsə anam da heçnə soruşmadı. Atam yenə evdə deyildi.
Ona bu barədə bir şey deyib demədiyini soruşmaq istəsəm də etmədim. Düşünə bildiyim tək şey bundan sonra nə olacağı idi. Bizi nə gözləyirdi? Nə edəcəkdik ? Anam təcili müalicəyə başlamalı idi. Amma bunu necə edəcəkdik ? Ona nə olacaqdı ? Nə qədər vaxtı..
BU sualı heç vaxt sonuna qədər soruşa bilmədim özümdən..

Adını belə deməkdən iyrəndiyim o xəstəlik bizi bir birimizdən ayıracaqdı.
Bir il.. On iki ay.. Sürətlə keçən günlər..
Xərçəngin nə olduğunu sizə necə başa sala bilərəm,bilmirəm..Amma qısaca belə düşünün :
Xəbərlərdə bir qatil elanı verirlər və sizə ehtiyyatlı olmağınız tapşırılır.
Hər necə olursa bir gün o qatil sizi tapır. Onu görmürsünüz, tuta bilmirsiniz amma hər zaman arxanızda sizinlə birlikdə addımladığını hiss edə bilirsiniz. Arxaya çönüb baxırsınız, orada heç kim yoxdur. Yenidən yola çönüb yeriyirsiniz və o qaranlıq küçədə öz addımınızdan əlavə bir ayaq səsi daha eşidilir. Və bu yol heç vaxt bitmir.. Ta ki, onun əllərinin arxadan boynunuzu qavradığını hiss edənə qədər..
Anam bişirdiyi yemək hər nə idisə bir boşqaba çəkib önümə qoydu
. Boşqaba uzun müddət baxıb gözlərimi boş boş qırpdım.
Birdən anamın o yumuşaq, ilıq və qayğı dolu əllərini ənsəmdə hiss etdim və bir saniyə sonra başımı sinəsində tapdım.. Məni qucaqladı və nə olduğunu anlamadan ikimiz də hıçqıra hıçqıra ağlamağa başladıq..
Məhv olmuşdum. Qəbul edə bilmirdim.
Xəbər mənə tam olaraq çatmırdı. Necə yəni xərçəng ? Mənim anama ? Mənim ?!!
Nə zaman bu şey haqqında televiziyada və ya hər hansısa yerdə eşitsək bunun ancaq başqa insanların başına gələn bir şey olduğunu düşünürdüm. Bizdən çox çox uzaqda, dünyanın harasındasa belə bir xəstəlik var amma biz güvəndəyik. Bizim üçün bir təhlükə yoxdur.
Sonra birdən puff..
39 yaş çox az deyildimi ?

Hə, çox,çox az idi ..
Niyə məhz o ? Niyə dünyada bu qədər çox insan varkən məhz o ?!
Hə , bu cür düşünürdüm ! Kaş başqa insanların başına gələrdi , mənim anamın yox !
İndi bilirəm ki, bu cür xəstəliyə hətta ən pis insan belə layiq deyil. Amma o zamanlar həqiqətən çox çətin idi.
Onunla sağollaşmaq istəmirdim ! Əlimi bu qədər tez hər şeydən
üzdüyüm üçün özümə nifrət edirdim ! Hə, güclü olmalı idim amma iş elə yerdə idi ki, mən anama güc vermək yerinə o mənə təsəlli verir, ürəyimi sakitləşdirməyə çalışırdı.


İnandığımız nağıllar 6-ci hissə
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. allah bendesi
    ALLAH her kesi xestelikden qorusun insALLAH.cox pis duygudur yasamamisham ama oxuduqca sanki yasayirmish kimi olur insan gozunun onunde ananin olumunu seyr etmek her gun o xestelik onu mehvine aparir..ALLAH hec kese gostermesin laqeyd ata ve xeste ana..cox pis duygu..sizede cox teshekkur edirem maraqli paylashimlar etdiyiniz ucun elleriniz var olsun
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.