İnandığımız nağıllar 7-ci hissə

28 Mart 2016
1 827
1
İnandığımız nağıllar 7-ci hissə
İnandığımız nağıllar 7-ci hissə

Məsudə Cabbar
İnandığımız nağıllar 7-ci hissə


- Ana, bir şey etməliyik. Hardan necə başlamalıyıq ,hə ? Həkimlər nə deyir ? Orada yaxın olduğun qadın həkim var idi, nə idi adı ? Səidə. Hə, ona demisən bu haqda ? Nə dedi ? Nə vaxtdan başlamalısan ?
Anam bu qədər sualıma qarşılıq sadəcə başını yellədi. Və gülümsəyərək üzümü sığalladı.
Suallarımda təkid etdikdən sonra artıq hər şey üçün gecikdiyimizi, xəstəliyin son mərhələyə çatdığını, müalicəyə başlamaq istəsək belə buna gücümüzün çatmağının mümkünsüz olduğunu bildirdi.
İçim o qədər şiddətlə göynəyirdi ki, o an dünyadan bir dəfəlik yox olmaq üçün nələr verməzdim.. Dünya deyilən bu yerdə kağızdan düzəldiylən pul adlı şeyin nə qəribə sehirlərə malik olduğunu hiss edir və bunu qəbullana bilmirdim. Düşünün , bu göydən enmir, yerdən çıxmır. Ağacdan yontub vərəqlər hazırlayır, üstünə bir iki işarə vururlar. Sonra insanlar onları bir birinə verərək nələrsə alır. Və bu vərəq parçaları ilə dünya idarə olunur. İnsanlar həqiqətənmi bu qədər cılız beyinlidir ? Bir düşünün, tonlarla vərəq dünyanı idarə edir. Nə böyük biyabırçılıqdır elə deyilmi ? Tarix boyu icad olunmuş ən böyük kəşflər, düzəldilmiş tonlarla ağırlıqda gəmilər,təyyarələr heç biri o vərəqlər qatılaraq düzəldilməyib. Hamısı insan əli ilə və hansısa metallarla düzəldilib . Və bunlar hamısı dünyanın özündə var. Özü də dünyada var olunan zaman heç birinin üzərinə yazılmayıb ki, xüsusilə filan insanlar istifadə etsin. Amma gəl gör ki, hansısa yarım ağıllının irəli sürdüyü fikirdən sonra bütün bu şeylər kağız qarşılığında istifadə edilməyə başlanılıb. Bu qədər dəyərsiz, bir əl hərəkəti ilə cırıla bilən, suda yararsız hala düşən , yeyilə bilməyən absurt bir şey dünyanı idarə edir. Sizi axmaq insanlar ! Dünyada minlərlə insan hər il sırf bu axmaqlığa görə dünyasını dəyişir. Nədir nədir kağızları yoxdur ? Buna inana bilirsinizmi? Yoxsa o dərmanların tərkibi də kağız qatılaraq düzəldilir ? yox.. Bəlkə iynələr kağız qatılaraq düzəldilir ? Bəlkə bütün o aparatlar, bütün əməliyyatlar kağızlarla işləyir, idarə edilir ? Heç bu mövzunu ətraflı düşünmüsünüzmü ? Dünyada sayısız kəşfə imza atmış insanoğlunun kağız parçasına bu qədər səcdə etməsi onu şüursuz bir heyvandan nə ilə fərqləndirir, mənə deyə bilərsiniz ? Heç bir işə yaramayan bu kağızlar necə olur ki, insanları öz əlində marianet kimi oynatmağı bacarır,hə ?
Və indi mənim anam sırf bizim əlimizdə minlərlə boş, mənasız kağız parçası yoxdur deyə öləcək..?

İlahi..


İnandığımız nağıllar 7-ci hissə
Əvvəlki Xəbər
RƏYLƏR
  1. allah bendesi
    Bir düşünün, tonlarla vərəq dünyanı idarə edir.cox dogru....cox teshekkur ellerinize sagliq recourse
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.