"Adını sən de"

27 Mart 2016
1 802
1
"Adını sən de"
"Adını sən de"

"Adını sən de"

- Bir keçmişim var, gəl görəsən. Yağışı, buludu, günəşi, gecəsi-gündüzü tamam fərqli. O keçmişdə nə patriot quruplar, nədə yüksək keyfiyyətsizlik vardı. Hər şeyi yerli yerində və səliqəli şəkildə davam edən bir xatirə idi. Böyüdükdən sonra yersiz axtarışlar və düşüncələr mövcudlaşmağa başladı.Keçmiş geri dönməsədə, əvvələ qaytaracaq mahnılar qalır hələdə. Bir musiqidə dəlicəsinə qaçıb, səssiz baxışla bütün pərdələri qoparmaq səmimiyyəti. Kimisi duyur, kimisi hiss, kimidə rəqs edir.
- Dörd-beş il bundan öncə, avtobuslar sıra ilə düzülərdi. Sərnişinlər əyləşir, yağış pəncərələrdə qaçışır.
Ayrılıqlar dünəndə qalır, bu günlər böyüyür, gələcək körpələşir. Unutdun və azaldı deyə yaxşılaşdığını sanıb, öyrəşirsən. Nəqarətin üstündən badələr qaldırılır.
- İçilərdəki balaca qadını sərxoş edib, məxsərəyə qoyurlar bəzən. Tək qaldıqda isə, utanmadan, gülmədən, lağ etmədən dərdləşirlər onunla.İllər bizə heçnəyi yaraşdırmadı, amma biz nə oldu geyindik əynimizə.İçləri tozlanan insanlar, indi üst-başını təmizləyir.
- Hansı qadın gəlincikli, hansı kişi gizlənqaçlı illərə qayıtmaq istəməz?
- Söylə hə, kim qayıtmaz?!
- Fəsillərə uyğun qərarlaşan insanlarıq, çöhrəmizdə mərhəmət axtarmasın müqəddəslər. Doğmalar rəsmiləşir, xatirələr birə-bir uzaqlaşır. Xatırlamağa bir-iki küçə, otaq, mahnı və birdə o qalır...
- Ölümə bir addım yaxınlaşırsan, adını "doğum günü", uşaqlığından ( ən gerçəkci günlərindən) uzaqlaşanda isə, böyümək qoyurlar. Nə deyim, göydə biri var onsuz, o bilən məsləhətdir.
- Bütün ayrılıqlar bu şəhərdə bütövləşib sanki. Ayrılığın kimdən olduğu deyil, hansı bədəndən çıxdığı önəmli.İncə toxunuş, sadə bir baxış, isti səmimiyyət və sonda, arxaya baxmadan rədd olma bacarığı. Bu şəhərin hər tərəfinə səpələnmiş lənətə gəlmiş tilsim.İcadım var, yəni bir eynəyim. Üzlü insanların, saylarını üzlərində rəqəmlə bəlli edən texnologiya. Barmaqlarım kəsilsin, bədahətim alovlansın, ruhum qarğışlansın!
- Bu nə yazıdır İlhai?!
- Nələri kəsib götürdün bizlərdən, sol tərəfdə bi şeylər boş qalmış.

- Adını sən de...

"Adını sən de"

- Süleyman Əliyev
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. allah bendesi
    artiq suleyman eliyevin paylashimlarina suleyman eliyev klassiyi deyecem her yazisinda derin bir mena...cox teshekkur ellerinize sagliq
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.