Toyuq kroketləri- Hazırlanması

02 Nisan 2016
1 922
0
Toyuq kroketləri- Hazırlanması
Toyuq kroketləri- Hazırlanması

Tərkibi:
500 q toyuq filesi
1 ədəd yumurta
50 q qarğıdalı unu
Yarım ç.q duz
Yarım ç.q istiot
500 ml ərinmiş kərə yağı
1 ədəd şirin bolqar bibəri
100 q çerri pomidoru

Hazırlanması:
Toyuq ətini farş halına gətiririk. Çəkilmiş ətin üzərinə yumurta əlavə edib qarışdırırıq.Bu qarışımın üzərinə qarğıdalı unu, duz və istiot əlavə edib qarışdırırıq. Əgər uşaqlara verəcəksinizsə, o zaman istiot vurmayın. Ətdən qoz boyda küftələr hazırlayıb unlanmış siniyə düzürük. Küftələri qaynar yağın içinə salaraq 3 dəqiqəyə qızardırıq. Hazır ətləri qazandan götürüb bir salfetin üzərinə yığırıq ki, yağ salfetə keçsin. Beləcə, bütün ətdən kroketlər hazırlayırıq. Bolqar bibərini kroket böyüklüyündə kvadrat şəklində doğrayırıq. Pomidorları da yuyub qurulayırıq. Bişmiş kroketi, bibəri və pomidoru növbə ilə taxta şişlərə keçiririk. Kroketlər isti ikən süfrəyə veririk.

Nuş olsun!
Əvvəlki Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.