SƏNSİZ BİR HƏYATI HİSS EDƏ BİLMİRƏM SEVGLİM...!!!

01 Eylül 2014
2 454
0
SƏNSİZ BİR HƏYATI HİSS EDƏ BİLMİRƏM SEVGLİM...!!!
SƏNSİZ BİR HƏYATI HİSS EDƏ BİLMİRƏM SEVGLİM...!!!


Yenə təkəm, həyat üstümə gəlir, bu qaranlıq dünyamda sənsizlik pərişan edir.
Təkliyə alışa bilmirəm, sənsizliyə alışa bilmirəm, və həyatım boyunca da alışa bilməyəcəyəm!

Xəyallarımızı gerçəkləşdirmək üçün nələr verməzdim ki, nələrdən imtina etməzdim ki, bütün dünyanı belə qarşıma götürərdim, yetərki səninlə olum, yetərki səni birdəfədə olsa xoşbəxt görüm, yetərki gözlərindəki o işığı görə bilim.
Mən sənə canımı fəda edərəm əzizim, sənsiz bu canı mən neyləyim?
Olmur canım sənsiz yaşamaq, sənsiz olmur!


Sensiz olmur sevgilim!

Duyğularımı içimə atıram, kədərlənməməyin üçün, təkrar qəhr olmamağın üçün, amma içim doldu artıq,
hər yerim sənlə doldu, canım ağrıyır artıq.
Qışqırıram dünyaya, ehhh nələr çəkirəm sənsiz, darıxıram sənsiz.
Xatirələrə sığınıram, xəyallarımız gözümün qarşısından keçir, xoşbəxt oluram, gülürəm, sevinirəm.
Sonra yenə özümə gəlirəm və sənsiz bu həyatda yaşaya bilmədiyimi qışqırıram.
Sənə qovuşmaq, sevgimizi paylaşa bilmək niyə bu qədər çətindir axı?

Sensiz olmur sevgilim!

Ürəyim mənə səslənir, "Danış artıq" deyir, "Qışqır hər kəsə içindəkiləri" deyir,
"Susma, qışqır qışqır dünyaya, qışqır sevgini, qışqır eşqini, qaçır onu, apar onu buralardan" deyir!
Gəl desəm gələrdin Sevgilim? Gəl ömür boyu mənimlə ol desəm bəli deyərdinmi Sevgilim?
Körpəm, heç bir şeyə fikir vermədən yanına gəlim desəm, əlini tutum, gözlərinə baxım və başqa diyarlara aparım desəm gələrdinmi mənimlə Sevgilim???
Artıq bu sualların cavablarından belə qorxuram, geri çevrilməkdən, təkrar vurğun yeməkdən çox qorxuram Sevgilim!

Bilirəm, sənsizlikdə hər saniyə ağrı çəkəcəm, hər saniyə səni düşünəcəyəm, həmişə ürəyimdə olacaqsan və həmişə qəhr olacağam.
Həyat mənsiz davam edəcək...

Mən yalnız amma yalnız səninlə, canımdan çox sevdiyimlə, sevgilimlə birlikdə olmaq istəyirəm.


SƏNSİZ BİR HƏYATI HİSS EDƏ BİLMİRƏM SEVGLİM...!!!
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.