Ramazanım xoş gəldin gəlişinlə

18 Haziran 2015
3 432
0
Ramazanım xoş gəldin gəlişinlə
Ramazanım xoş gəldin gəlişinlə
Gəlin birgə arzu edək dilək tutaq
Qəm kədəri hər birimiz day unudaq
Bu ayı biz xüsusiylə qarşılayaq
Ramazanım xoş gəldin gəlişinlə

On bir Ayın sultanısan şahisan
Şiələrin başlarının tacısan
Daima sən qəlblər rahatlığısan
Ramazanım xoş gəldin gəlişinlə


İlahi bu ayı bəxş edib bizə
Cəkibdi sınağa nəfisimizlə
Oruc tut,sidq ilə ibadət eylə
Ramazanım xoş gəldin gəlişinlə



Gör nə gözəl aydı bu ay dostlarım
Nazil olub bizə müqəddəs Quranım
Buyrulubdu hifs eyləyin paklanın
Ramazanım xoş gəldin gəlişinlə


Həmd olsun Allaha şükür ki bizə
Nələri bəxş edib hər birimizə
Seymuram rizanla gətirib dilə
Ramazanım xoş gəldin gəlişinlə


Müəllif : SEYMUR SÖNMƏZ
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.