Biraz xoşgörülü olaq

29 Ocak 2016
2 857
2
Biraz xoşgörülü olaq
Biraz xoşgörülü olaq

Biraz xoşgörülü olaq
Babək söy köküylə bizdən deyilmiş,
Xətai islamı ikiyə bölmüş,
Fətəli Allahsız, Vaqif baz idi,
Filankəs azacıq qumarbaz idi,
Gecəli gündüzlü Hadi dəm idi,
O əyyaş, bu fərsiz, o bigam idi,
Biri qərəzkardır, biri xəsisdir,
Bu ondan yaxşıdır, o bundan pisdir,
Natəvan beləydi, Həcər eləydi,
Böyüklər önündə o bir köləydi,
Rəhmət demirik amma bir kərə,
Milləti ucaldan rəhmətlilərə
Bir deyən yoxmudur, pəki SƏN KİMSƏN?!
Danış, bu Millətə nə gətirmisən?!
Sən böhtan atdığın bu böyüklərin,
Yüzdə biri qədər nə iş görmüsən?!
Biraz xoşgörülü olaq
Bəxtiyar Vahabzadə
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. alara
    • alara
    • 30 Ocak 2016 13:03
    seir yaxsidir
  2. Bella
    • Bella
    • 29 Ocak 2016 23:26
    Bəxtiyar Vahabzadənin bütün şeirlərini bəyənirəm, o cümlədən də bu şeirini də bəyəndim. Şeir bu günkü dövrümüzlə səslənən bir şeirdir. Şeiri oxuyarkən belə bir aforizm yadıma düşdü:" Gözəl sözlər demək yox, gözəl düşünmək lazımdır" Rəhmətlik şairimizin yazdıqlarına qüvvət deyə bilərəm ki, gözəl düşüncəyə sahib olmaq hər kəs də olmur. Bəzən elə insanlara rast gəlirsən ki, heç bir bacarığı olmadığı halda özlərindən çox razı olurlar. Hər hansı bir qabiliyyətə malik olan insanların zəhmətlərini dəyərləndirmirlər. Şairin də şeiri məhz bu səbəbdən çox xoşuma gəldii. Təşəkkür)
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.