ℂ⋆♥♥Allah❤

09 Şubat 2016
2 770
0
ℂ⋆♥♥Allah❤
ℂ⋆♥♥Allah❤


Allah, Necə görünürəm
Sənin dayandığın yerdən?
Durub-oturduğun yerdən,
Yatıb-oyandığın yerdən.
Çiynimdəki mələklərin
Ağırdır hansının yükü?
Başımdan yuxarı dərdim
Ayağım altına çöküb.
Necə görünürəm ordan,
Mən-mən ola bilirəmmi
Adam ola bilirəmmi,
Bəndən ola bilirəmmi?
Biçdiyin ömür əynimə
Olurmu Allah, olurmu?
Göz yaşlarım ovucuna
Dolurmu Allah, dolurmu?
Çırpırsanmı əllərini
Bir dizinə,
Bir başına?

Hər gün ölüb-dirilməyim
Gələ bilirmi xoşuna...
...Allah,
Umacağın nədir
Gedib-qayıtdığın yerdən?
Gəl gör necə görünürsən
Məni unutduğun yerdən.

ℂ⋆♥♥Allah❤
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.