Fikir eləmə

26 Mart 2016
3 859
3
 Fikir eləmə
 Fikir eləmə


 Fikir eləmə
Sən fikir eləmə, gözəldir həyat,
Nə qədər mən sağam, fikir eləmə.
Bu gün yanındayam, sabah hardasa,
Demə mən uzağam, fikir eləmə.
Sən fikir eləmə, yeri qar alsa,
Göyü bulud örtüb dumanlar alsa.
Mən odam-ocağam, fikir eləmə,
Yenə yanacağam fikir eləmə.
Sən fikir eləmə heç vaxt dünyada,
Mən getsəm, sən qalsan... ayağın altda
Onda da torpağam, fikir eləmə,
Orda da dayağam, fikir eləmə.
Nəriman Həsənzadə
 Fikir eləmə
Əvvəlki Xəbər
RƏYLƏR
  1. Agaeva
    Yaxşı dı istesey de istemesey de fikir edirik teşekurler
  2. Xusha
    • Xusha
    • 27 Mart 2016 00:14
    Elleriniz var olsun, sozu cox ishledende menasizlashir ele bil ''fikir eleme '' sozunu deyirem
  3. allah bendesi
    pis deyil cox sag olun..ellerinize sagliq
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.