♥_Yaşa məni,Yaşat məni_♥

15 Ağustos 2014
3 990
0
♥_Yaşa məni,Yaşat məni_♥
♥_Yaşa məni,Yaşat məni_♥


Mənim eşq nəğməmə hey qulaq verib,
O yağan yağışlar nə deyir görən?
Üzümə zillənib məni məst edən
O ürkək baxışlar nə deyir görən?

♥_Yaşa məni,Yaşat məni_♥

"Mən səni sevirəm" - deyib dayanma,
Bütün hisslərini israr elə sən.
Sən mənim həyatım, gözümün nuru,
Bu qisim sözləri təkrar elə sən.

♥_Yaşa məni,Yaşat məni_♥

Günəş gözlərinlə yandır üzümü,
Öldür baxışınla ruhu bədəndə,
Sən məni qınama, təəccüblənmə heç,
Belə ölmeyimə dəyər deyəndə.

♥_Yaşa məni,Yaşat məni_♥

Şairin qüvvəsi sözlərindədi,
Sevgini sözlərlə yazmaq asanmı?
Görəsən oxuyub bu sətirləri,
Mənim hisslərimi anlayarsanmı?

♥_Yaşa məni,Yaşat məni_♥

"Sevirəm" - çığıran bu sətirləri,
Duya bilmirsənsə deməli karsan!
Bilmirəm səninçün mən varam,ya yox,
Mənim ürəyimdə həmişə varsan!

♥_Yaşa məni,Yaşat məni_♥

Deyirsən məhəbbət yaşamır daha,
Özünü aldadıb yorma boş yerə!
Məhəbbət deyilsə izah et, gülüm,
Bəs nədir qəlbimi titrəden belə?

♥_Yaşa məni,Yaşat məni_♥


Bir yaxın gəl,əlini qoy sinəmə,
Ürəyim köksümdə qaynar ocaqdır.
Eşqin qaldırıbdı məni göylərə,
Yerə endirən də o olacaqdır...

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.