Feat.Az

Dua edək Ramazanda

29 İyun 2016
284
0
Dua edək Ramazanda
Oruc tutub,Namaz qılaq
Nəfsimizə sadiq cıxaq,
Sidq ilə əlimiz acaq,
Dua edək Ramazanda..

La ilahə illəllah,
Olmasın dillərdə ah,
Buyurubdu uca ALLAH,
Dua edək Ramazanda...

İmsakda olsun həmdimiz,
İftarda xurma qəndimiz,
Qəbul olunsun əhdimiz,
Dua edək Ramazanda..

Xudaya şükür eyləyək,
Şəhidlərə rəhmət deyək,
Stol acaq,ehsan verək
Dua edək Ramazanda .

Biz Əlinin şiəsiyik,
Canımızı verəsiyik,
Həsən ibn Hüseyinciyik ,
Dua edək Ramazanda..

Müəllif: SEYMUR SÖNMƏZ
Xəbərlərdən daha tez xəbərdar olmaq üçün Facebook Səhifəmizi izləyə bilərsiz.
Şərh Yaz