Xatırla demirəm unutma yetər - Şeir

11 Ağustos 2016
5 426
0
Xatırla demirəm unutma yetər - Şeir
Xatırla demirəm unutma yetər

Mən nələr eylərəm yolunda sənin,
Diləyim bu oldu olmasın qəmin.
Üzü dönübdürsə bu məhəbbətin,
Xatırla demirəm,unutma yetər.

Neyləyim qismətim kəm oldu cıxdı,
Həyat əzəl gündən qəlbimi sıxdı,
Gözlərim ümüdlə yoluna baxdı,
Xatırla demirəm,unutma yetər.

Ömürdən bir gündə kecdi beləçə,
Andım xəyalımda hər an gizliçə,
Məndən başqasını birgün sevinçə,
Xatırla demirəm,unutma yetər.

Seymuram yazıram hərdən arabir,
Qəlbim coşanda hey sətir- sətir,
Sonda sözlərimi anginən gətir,
Xatırla demirəm,unutma yetər.

Müəllif:SEYMUR SÖNMƏZ PAŞAYEV
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.