Ana səhifə
loading...
loading...

Payız Gəldin

Şeirlər
20 Avqust 2016
458
0
Payız Gəldin
Bağ-bağçanın barlarını yetirən,
Çəmənlərə sapsarı don gətirən,
Sevənlərin həsrətini götürən,
Payız, gəldin, bəs yarımı neylədin?

Sən ki məni qoşa gördün onunla,
Təklikdə tap, məzəmmət eylə, danla.
Öz qızılı xəzan yarpaqlarınla,
Payız, gəldin, bəs yarımı neylədin?

Buluduna de, dolub boşalmasın!
Şimşəyinə söylə, fəğan salmasın!
Kimsə məntək gözü yolda qalmasın,
Payız, gəldin, bəs yarımı neylədin?

Pəncərəmdən damla-damla süzülən,
Yağışına bircə kəlmə söylə sən,
Ağlar gözlər dərdi yumaz neyləsən,
Payız, gəldin, bəs yarımı neylədin?

Bağ-bağçanın barlarını yetirən,
Çəmənlərə sapsarı don gətirən,
Sevənlərin həsrətini götürən,
Payız, gəldin, bəs yarımı neylədin?

08.08.1983 Müəllif: Gövhər Əntiqə-Azərbaycan Yazıçılar Birliyinin üzvü
Xəbərlərdən daha tez xəbərdar olmaq üçün Facebook Səhifəmizi izləyə bilərsiz.
Etiketlər:Payız gəldin
Загрузка...
Şərh Yaz