Özgəyə verməyə ürəyimmi var » FeaT.Az Sekiller, Xeberler, Yazili

Özgəyə verməyə ürəyimmi var

25 October 2016
855
0
Özgəyə verməyə ürəyimmi var
Döyünür nəbzində xatirə anlar
Ümüdün gözündə açılır danlar
Aman bu qəlbimi kimsə görməsin
Ovutmaz qəmini özgə limanlar
Mənim səndən ayrı gərəyimmi var?!
Özgəyə verməyə ürəyimmi var?!

De hansı ürəyə sıgınaram mən
Dəli duyğularda ümmanım sənsən
Qəlbimdə sən ilə qızınaram mən
Mənim son mənzilim unvanım sənsən
Sənsiz düşündüyüm diləyimmi var?!
Özgəyə verməyə ürəyimmi var?!

Yağışa bürünən bəniz kimiyəm
Qəhərin amansız dumanındayam
Mən sənsiz dalğasız dəniz kimiyəm
Sənli ruzigarlar gümanındayam
Yoxluğun içində dəyərimmi var?!
Özgəyə verməyə ürəyimmi var?!

Hər qəmdən payım var zülümlər gördüm
Hər ani həsrətlə yarıya böldüm
Bu kovrek qəlbimdə soldu arzular
Xəzanı sovrulan payıza döndüm
Tər qönçə açılan çiçəyimmi var
Özgəyə verməyə ürəyimmi var?!
Xəbərlərdən daha tez xəbərdar olmaq üçün Facebook Səhifəmizi izləyə bilərsiz.
Şərh Yaz